Gəncədə qeyri-adi muzey
Tarix: 20.04.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər
İkibaşlı buzov, ikicanlı donuz, bədənsiz doğulmuş heyvan başları, bədheybət təpəgözlər, amputasiya edilmiş əllər, ayaqlar, eləcə də neçə-neçə əcaib görünüşlü canlılar... Bəlkə də çox insanlar bu cür qorxunc varlıqları ya mifik surətlər haqqında kitablardan oxuyub, ya da həmin canlılardan bəhs edən filmlərdə görüblər.
Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış Pataloji Anatomiya Muzeyinin ən qiymətli və nadir eksponatlarını təşkil edir. Pataloji Anatomiya Muzeyində patalogiyanın bütün sahələrini əhatə edən xəstəliklərə aid eksponatlar var. Muzeydə eksponatların sərgiləndiyi dolab və rəflərdən birincisində yerli ölüm, yaxud nekrozlara aid nümunələrə, insanın ana bətnində aylar üzrə böyüməsini və uşağın inkişafını göstərən embrionlara rast gəlmək mümkündür. Digər dolablara heyvanlardakı maddələr mübadiləsi pozğunluqarını göstərən nümunələr toplanıb. Heyvanların ayrı-ayrı orqanlarında yaranan müxtəlif ölçülü öd, mədə, böyrək, sidik kisəsi daşları, qumlar və duz kristallarının qorunub saxlanıldığı nümunələr də muzeyin dəyərli eksponatlarıdır. Həmçinin dolab və rəflərdə qan dövranı pozğunluqları, tromblar, qanaxmalar və qansızmalara aid nümunələr də yerləşdirilib.
Muzeyin ən böyük guşələrindən biri isə xərçəng xəstəliyinə və müxtəlif şiş xəstəliklərinə həsr olunub. Bu rəflərdə düzülmüş yoluxmayan daxili xəstəliklərə - ürək, böyrək, qara ciyər, dalaq, mədə və bağırsağa aid eksponatlar görənlərin marağına səbəb olur. Bir başqa guşələrdə isə göbələk, parazitar, qan parazitar, bakterial və virusların törətdiyi xəstəliklər, həmçinin canlılarda rast gəlinən müxtəlif anomaliyalara aid nümunələri görmək mümkündür.
Muzeydən həm də universitetin bu sahə üzrə təhsil alan tələbələri və gənc tədqiqatçılar elmi araşdırmalar aparmaq məqsədi ilə istifadə edirlər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
“Arşın mal alan” filmi Monteneqroda nümayiş olunub
26.04.2018
Xarici milli suvenirlərə böyük maraq göstərirlər
26.04.2018
Görkəmli yazıçı, böyük alim, xeyirxah insan- Mir Cəlal Paşayev
26.04.2018
“Arşın mal alan” Monteneqroda
25.04.2018
Fidan Hacıyeva “Cümhuriyyət İli” çərçivəsində silsilə konsertlər verəcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9096

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info