“Qazaxıstana kənd təsərrüfatı məhsulları ixrac ediləcək“
Tarix: 20.04.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Aprelin 23-dən 26-dək Qazaxıstanın Astana və Almatı şəhərlərində 20-dən artıq Azərbaycan şirkətinin məhsulunun təqdimatı keçiriləcək. Bunu Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib.
Onun sözlərinə görə, Qazaxıstana yola düşən biznes missiyanın tərkibində meyvə şirələri, mineral sular, şərab-konyak, meyvə-tərəvəz məhsulları, müalicəvi ot çayları, tikinti materialları, mebel istehsalçıları yer alacaq. Diplomat bildirib ki, missiyanın əsas məqsədi ikitərəfli iqtisadi-ticari əlaqələri gücləndirmək və aktivləşdirməkdir. Səfirin fikrincə, Qazaxıstan bazarı azərbaycanlı investorlar üçün cəlbedicidir: "Biz coğrafi olaraq yaxın ölkələrik. Bərə reysləri və aqroreyslər nəqliyyat daşımaları üçün dayanıqlı logistika imkanları yaradır. Biz ilk növbədə Qazaxıstana ənənəvi məhsullarımızı ixrac edirik. Bunların sırasına, əsasən, neft və maşınqayırma sektoru üçün avadanlıqlar daxildir. Qazaxıstanın şərq regionlarının iqlimi kənd təsərrüfatının inkişafı üçün yararsızdır. Burada ciddi şəkildə su çatışmazlığı mövcuddur. Bunun üçün də biz bu regionlara kənd təsərrüfatı məhsullarımızı ixrac etmək niyyətindəyik". Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi təxminən 124,4 mln. dollar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Kəmaləddin Heydərov Sabirabadda vətəndaşları qəbul edəcək
21.08.2017
Kartofla dərinizi gözəlləşdirin
21.08.2017
Vilyam Hacıyev ordenlə təltif edilib
21.08.2017
Prezident sabiq dövlət və hökumət başçılarını qəbul edib
21.08.2017
Prezident “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info