Avropada jurnalistlər hədə-qorxu və zorakılıqla üzləşirlər
Tarix: 20.04.2017 | Saat: 20:45:00 | E-mail | Çapa göndər
Avropada jurnalistlər hədə-qorxu, zorakılıq və digər problemlərlə üzləşirlər. APA-nın xəbərinə görə, bu, Avropa Şurasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
Sorğu Avropa Şurasının üzvü olan 47 ölkə və Belarusdan olan 940 jurnalist arasında anonim şəkildə internet üzərindən beş dildə aparılıb. Sorğunun nəticələrinə görə, hədə-qorxu, zorakılıq halları da daxil olmaqla jurnalistlər fəaliyyətlərində ciddi və əsassız müdaxilələrə məruz qalırlar. Nəticədə bir çox jurnalist özünü məhdudlaşdırır. 2016-cı il aprel-iyul aylarında keçirilən sorğuya qatılan iştirakçıların hər üç nəfərindən biri son üç ildə zorakılıqla qarşılaşıb. Respondentlərin 69 faizi hədə-qorxu, böhtan və təhqir daxil olmaqla psixoloji zorakılıqdan əziyyət çəkdiyini deyib. Respondentlərin əksəriyyəti internet üzərindən hədə-qorxu ilə üzləşdiyini bildirib. Onların 53 faizi qaralama kampaniyalarda iştirakda, siyasi partiya tərəfdarı olmaqda, rəsmi şəxslərə böhtan atmaqda və qərəzli mövqe tutmaqda ittiham olunub.




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
Xarkovda avtomobil insanlara çırpılıb, azı 6 nəfər ölüb
18.10.2017
Ərzaq məhsulları alarkən nəyə diqqət etməliyik?
18.10.2017
“Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir”
18.10.2017
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
18.10.2017
Prezident Əbdüllətif bin Raşid Əl-Zəyyəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7516

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Həyat 50 yaşdan sonra başlayır”
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
19.10 12:27 Cız-bız
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info