Ermənistanda qiyamla bağlı yekunlaşan istintaq əlavə qalmaqallar yaradıb
Tarix: 20.04.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər
Ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı istintaq yekunlaşıb. Bundan sonra işğalçı ölkədə əlavə gərginlik yaranıb. Hüquq müdafiəçiləri ittihamları rədd edərək bildirirlər ki, bütün bunlar əvvəlcədən yaxşı planlaşdırılmış bir oyundur və rejim tərəfindən idarə olunur.
Xatırladaq ki, 2016-cı ilin iyulunda Ermənistanda bir qrup şəxs Erebuni rayonunda post-patrul alayının binasını ələ keçirmiş, nəticədə üç polis əməkdaşı öldürülmüşdü. Bir ay boyunca ölkədə hökumət əleyhinə və silahlı qrupun üzvlərinə dəstək mitinqləri keçirilmişdi. Bu hadisələr göstərdi ki, Ermənistanda sadə vətəndaşlar hakimiyyəti dəstəkləmir. Onlar silahlı hücumu özlərinin qurtuluşu kimi görürdülər. Ona görə də Ermənistan prokurorluğu hər vəchlə “Sasna Srer” silahlı qrupunun üzvlərinin işini ağırlaşdırmağa çalışır. Silahlı qiyamla bağlı istintaq işi artıq yekunlaşıb. Polis alayının binasını ələ keçirən 18 nəfərə qarşı cinayət işi açılıb. Onlar dövlət çevrilişinə cəhddə günahlandırılırlar. Hüquq müdafiəçiləri isə ittihamları rədd edir. Hökumətə və müxalifətə qarşı yaradılan “Təsis parlamenti” hərəkatının üzvü Jirayr Səfilyan da bir ilə yaxındır həbsdə saxlanılır. “Sasna Srer” qrupunun digər üzvləri kimi, onun da həbsdə qalacağı deyilir. Ermənistan Ali Məhkəməsinin bu qərarı etirazla qarşılansa da, nəticəsi yoxdur. Fəalların vəkili Ara Zaxaryan məhkəmənin qərarının siyasi məqsəd daşıdığını deyib. “Sasna Srer”in üzvlərindən Martiros və Araik Akopyanların vəkili Ervand Varosyan da müvəkkillərinə qarşı bu cür münasibətin siyasi məqsəd daşıdığını bildirib. E.Varosyan qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı həbsxanada mənəvi, psixoloji təzyiqlər var. Hakimiyyət birbaşa olaraq bu insanların hüquqlarını pozur və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tapdalayır. Üstəlik həmin hadisələrdən sonra hökumətə qarşı çıxan bütün fəallar həbs olunublar. Rejim silahlı çevriliş bəhanəsi ilə üzərinə yönələn təhlükəni bu yolla aradan qaldırıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Ermənistanda yaralı əsgərin müalicəsi üçün pul tapılmır
16.01.2018
Dağlıq Qarabağda erməni əsgər güllələnib
16.01.2018
Ərdoğan 2019-cu ildə prezident seçkilərində namizədliyini irəli sürəcək
16.01.2018
Ermənistanda sürücülər tətil edir
15.01.2018
Gürcüstanda çörək bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8185

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info