Neft hasilatının azaldılmasına dair sazişin müddəti uzadılacaqmı?
Tarix: 20.04.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər
Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılmasına dair bəzi ölkələrlə ilkin razılıq əldə edilib. “Bloomberght.com” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih deyib.
O bildirib ki, ötən üç ay ərzində sazişin iştirakçısı olan ölkələr götürdükləri öhdəliklərə yaxşı əməl ediblər. Lakin hələlik nəzərdə tutulan hədəfə yetişmək mümkün olmayıb. Qarşıda daha vacib mərhələ var. OPEC-in baş katibi Məhəmməd Barkindo isə ötən gün deyib ki, kartel neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılıb-uzadılmaması barədə qərarını mayın 25-də verəcək. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
26.04.2017
Avropa bazarlarına “Made in Azerbaijan” brendi ilə köynək çıxarılacaq
26.04.2017
Fermer: “Məqsədimiz Lənkəran çayının əvvəlki şöhrətini qaytarmaqdır”
26.04.2017
Müalicəvi istirahətə üstünlük verənlər üçün əla fürsət
26.04.2017
ASK prezidenti: “Son 13 ildə 1,3 mln. daimi iş yeri açılıb“
26.04.2017
“AzəriLayt” markalı neft bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6269

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info