Regionda yeni siyasi vəziyyət yaranır: ABŞ İranla razılaşmanı pozur
Tarix: 20.04.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər
Tillerson:
“İrana qarşı “strateji dözüm” siyasəti və imzalanan plan uğursuzluğa düçar olub”

ABŞ-ın yeni dövrdə həyata keçirəcəyi siyasətin konturları yavaş-yavaş bəlli olmağa başlayıb. Suriyada Əsədə bağlı bazaya raket zərbəsi endirən Tramp administrasiyası Şimali Koreya ilə bağlı da siyasətini xeyli sərtləşdirməkdə, hərbi ritorikanı artırmaqdadır.
Eyni sözləri ABŞ-ın İranla bağlı siyasəti haqqında da demək olar. Tramp administrasiyası ondan əvvəlki Obama hakimiyyətinin Avropa dövlətləri ilə birlikdə İranla imzaladığı nüvə razılaşmasını ləğv etməyə hazırlaşır. Bu isə İrana qarşı yeni sanksiyaların gündəmə gəlməsinə, ABŞ-İran münasibətlərində yenidən sərt xəttin hakim olmasına səbəb ola bilər. Belə görünür ki, Tramp Obamanın əksi olan siyasət həyata keçirəcək. ABŞ dövlət katibi Tillerson sərt bəyanatla çıxış edərək İranla imzalanan nüvə razılaşmasını tənqid edib. Tillerson bildirib ki, İranla imzalanan plan uğursuzluğa düçar olub. Onun bu bəyanatı ABŞ dövlət başçısının İranla imzalanan nüvə razılaşmasının Vaşinqtonun marağına uyğun olub-olmamasını araşdırmaqla bağlı göstərişindən sonra səslənib. ABŞ dövlət katibi hesab edir ki, tərəflərin imzaladığı Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”. Vaşinqton hesab edir ki, İranın siyasəti Suriya, Yəmən, İraq və Livan kimi ölkələrdə ABŞ-ın maraqlarına zərbə vurur. Tillerson, həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb: “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır". Ağ Ev sözçüsü Şon Spayesr bildirib ki, Milli Təhlükəsizlik Şurası İranla imzalanan nüvə razılaşmasını diqqətlə araşdırdıqdan sonra 90 gün müddətində dövlət başçısı üçün sənəd hazırlayacaq. Ancaq bundan sonra Donald Tramp razılaşma və İranla bağlı yeni qərar qəbul edəcək. O, İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini istisna etməyib: “ABŞ bu siyasətin hansı potensial effektləri olacağını yaxşı bilir”. Daha bir diqqətçəkən məqam amerikalı senator Con Makkeynin Albaniyada iranlı müxalif Maryam Radcavi ilə görüşüdür. Bu görüş Tehranda böyük narazılıqla qarşılanıb. İran tərəfi buna sərt cavab verərək imzalanan sənədə hər hansı dəyişikliyin olacağını qəti şəkildə inkar edib. İran xarici işlər nazirinin müavini Kazım Sadjipur ölkəsinin öhdəliklərə əməl etdiyini açıqlayıb: «Razılaşmanın yoxlanılması ilə bağlı əvvəl də eşitmişəm. Amma nəzərə almaq lazımdır ki, bu, beynəlxalq sənəddir və bu mərhələdə hansısa dəyişiklik etmək mümkün deyil”. Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur. Trampın İranla bağlı mövqeyi yeni siyasi vəziyyət yaradır. Çinin xarici siyasət idarəsinin rəsmisi Lu Kan bəyan edib ki, aprelin 25-də, Vyanada “altılıq ölkələri” və İran arasında görüş keçiriləcək. Bu toplantıdan iki gün əvvəl- aprelin 23-də isə İranla Çin arasında nüvə reaktorunda rekonstruksiya işlərinin aparılması ilə bağlı saziş imzalanacaq. Lu Kun bəyan edib ki, Pekin İranla imzalanan nüvə razılaşmasını dəstəkləyir: “Ümid edirik ki, bütün tərəflər siyasi iradə nümayiş etdirərək, fikir ayrılığını rasional tərzdə həll edəcəklər”. Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçev Tramp və Şon Spayesrin açıqlamalarını dəyərləndirərkən bildirib ki, ABŞ çox vacib istiqamətdə situasiyanı sındırmağa çalışır: “Əvvəlcə Suriyaya zərbə endirildi, daha sonra Şimali Koreya ilə bağlı məsələ, indi də İran. Tramp seçki kampaniyası zamanı İranla bağlı məsələyə xüsusi toxunmuşdu. Məqsəd aydındır: Vaşinqton hər dəfə kəskin addım ataraq topu opponentlərin qucağına atır və bununla da onları səhv etməyə və ya özlərinə haqq qazandırmağa vadar edir. Bu addım Vaşinqton üçün ciddi problemlər yarada bilər. Çətin ki, onu bu məsələdə BMT-dəki müttəfiqləri, eləcədə də Rusiya dəstəkləsin. Ona görə də sanksiya ilə bağlı deyilənlər sözdən o tərəfə keçməyəcək”. Bəzi ekspertlər bildirir ki, ABŞ-ın bu mövqeyi İrana seçki kampaniyası dövrünə təsadüf edir. Bu isə islahatçı tərəfə sərf etmir. Trampın bəyanatları Qərblə razılaşmanın əleyhinə olan konservatorların şansını artıracaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
İran yeni ballistik raketini nümayiş etdirib
22.09.2017
Meksikada zəlzələ qurbanlarının sayı 286 nəfərə çatıb
22.09.2017
Madrid Kataloniyaya əlavə polis qüvvələri göndərəcək
21.09.2017
Qərb dünyası seçkilərdə “Facebbok”un rolunu dəyərləndirir
20.09.2017
Dəməşqdə “yeraltı müharibə“

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info