Müsabiqəyə 49 ixtira patenti barədə müraciət daxil olub
Tarix: 20.04.2017 | Saat: 20:56:00 | E-mail | Çapa göndər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Patent və Əmtəə Nişanları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə” IV Respublika Müsabiqəsi Komissiyasının iclası keçirilib.
Komitədən “Palitra”ya bildiriblər ki, iclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Rəqabətqabiliyyətli və innovativ sənayeni müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirən R.Həsənovun sözlərinə görə, sənayenin rəqabətqabliyyətliliyi artıq o qədər də investisiyaların həcmilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Onun sözlərinə görə, Prezident tərəfindən aparılan məqsədyönlü siyasət yeni iqtisadi modelə keçidi sürətləndirir. Bunun nəticəsidir ki, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi təsis edilib. Komitə sədri deyib ki, qeyri-neft ixracısının sürətləndirilməsinə dəstək və innovativ layihələrin sənayedə tətbiqinə nail olmaq məqsədilə Mərkəzin nəzdində Texnologiyaların transferi və kommersiyalaşdırılması şöbəsi yaradılıb. Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin - patent sisteminin rolunun günbəgün artdığını qeyd edən komitə sədri, əqli mülkiyyət hüquqlarının ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizm olduğunu vurğulayıb. Təkcə ötən il 173 patent dövlət qeydiyyatına alınıb. İxtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu komissiya üzvləri də yüksək qiymətləndiriblər. Məlumat üçün bildirək ki, müsabiqə ilə bağlı 22 fevral 2017-ci il tarixli elana uyğun olaraq, sənəd qəbulu 7 aprel 2016-cı il tarixində başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında “İlin Patenti” nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyən edilərək təqdimetmə mərasimində təltif ediləcəklər.
Anar






 
Bölməyə aid digər xəbərlər
24.11.2017
İtaliya portalı:” Azərbaycanda sürətli inkişaf baş verir”
24.11.2017
Qahirədə multikulturalizmin Azərbaycan modelindən danışılıb
24.11.2017
Hüseyn Hanzadi: “Xəzər sülh və dostluq dənizi olaraq qalacaq”
22.11.2017
“Beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar”
21.11.2017
Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
4 Azərbaycanda multikulturalizm modeli
5 Xeyirxahlığından həzz alan insan
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info