“Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir”
Tarix: 20.04.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər
“İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, habelə azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər Azərbaycana vizasızdaxil ola biləcəklər”

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək.
Bu fikir Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dövlət başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib: “Bu, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu təşəbbüslə Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Bu, həmçinin Azərbaycan Prezidentinin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir”. Əflatun Amaşov, bu baxımdan, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir: “Ölkəmizin ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Bu gün Səudiyyə Ərəbistanı, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr saxlayır ki, bu da İslamın ruhuna ziddir. Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək yolverilməzdir”. Qeyd edilib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malik, İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi böyük önəm kəsb edir. Diqqətə çatdırılıb ki, Azərbaycanda əsrlərdir multikultural həyat tərzi hökm sürür. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinə diqqət və qayğı artıb. Ötən müddətdə xeyli məscid tikilib, bərpa olunub. Bu gün Azərbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malikdir: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bu yolda bir sınaq idi. Azərbaycan bu sınaqdan uğurla çıxdı. Gələn ay “Bakı-2017” İslam Həmrəyliyi Oyunları başlayacaq. Azərbaycan bu Oyunları da yüksək səviyyədə keçirməyə tam hazırdır. Bu mötəbər idman tədbiri də ölkəmizin beynəlxalq miqyasda tanıdılması və təbliğində mühüm rol oynayacaq”. Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib ki, IV İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçmiş iştirakçıları və media nümayəndələri Azərbaycana vizasız daxil ola biləcəklər. Yarışları işıqlandırmaq üçün minə yaxın yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etdirilir. Bu il Azərbaycanın bir sıra müsəlman ölkələri ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən H.Hacıyev əlavə edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq mühüm addımlar atıb, bir sıra beynəlxalq təşkilatlara qoşulub: “Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən müsəlman ölkələri birmənalı şəkildə bizə dəstək verdilər. Bu da əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir”. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görüləcək işlərdən danışıb. Prezidentin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bütün İslam dünyasını həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətimizin başçısının bu qərarı zamanında verdiyini söyləyib. O, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulduğunu, Azərbaycan Prezidentinin bu təşəbbüsünün dostluq və qardaşlıq ideallarına xidmət etdiyini diqqətə çatdırıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
Xarkovda avtomobil insanlara çırpılıb, azı 6 nəfər ölüb
18.10.2017
Ərzaq məhsulları alarkən nəyə diqqət etməliyik?
18.10.2017
“Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir”
18.10.2017
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
18.10.2017
Prezident Əbdüllətif bin Raşid Əl-Zəyyəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7516

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Həyat 50 yaşdan sonra başlayır”
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
19.10 12:27 Cız-bız
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info