Azərbaycan və Əlcəzair arasında əməkdaşlığa dair sənəd imzalanıb
Tarix: 20.04.2017 | Saat: 21:01:00 | E-mail | Çapa göndər
Azərbaycan İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Dövlətimizin başçısı tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çərçivəsində dost Əlcəzair Xalq Demokratik Respublikası ilə ikitərəfli münasibətlərin inkişafı məqsədilə iki ölkənin Ədliyyə nazirlikləri tərəfindən danışıqlar aparılaraq əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qısa müddətdə layihəsi razılaşdırılıb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, həmin sənədin imzalanması üçün Əlcəzairin ədliyyə naziri Əl-Tayyib Louhun dəvəti əsasında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov aprelin 16-18-də nümayəndə heyəti ilə bu ölkədə səfərdə olub.
Səfər zamanı ədliyyə nazirlərinin səmimi və dostluq şəraitində keçirilmiş görüşündə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən işlərə və əldə olunan nailiyyətlərə böyük maraq göstərilərək, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd edilib.
Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, qanunvericilik, ədliyyə işçilərinin və hakimlərin tədrisi sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb, mətbuat üçün brifinq keçirilib.
Qeyd olunub ki, Azərbaycandan Əlcəzairə nazir səviyyəsində edilən bu ilk səfər tarixi hadisə olmaqla münasibətlərimizin inkişafına təkan verəcək. Eyni zamanda Anlaşma Memorandumu iki ölkə arasında əməkdaşlığa dair imzalanan ilk sənəd olmaqla müqavilə-hüquq bazasının təməlini qoyub və qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə dərinləşməsinə dəyərli töhfə olacaq.
Əlcəzairli nazir Azərbaycanda gedən proseslərdən məlumatlı olduğunu bildirərək, ölkəmizin sürətli inkişafında, əmin-amanlığın və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin müstəsna rolunu və xidmətlərini vurğulayıb.
Bununla yanaşı, Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib, bu sahədə təcrübə mübadiləsi aparılıb, Azərbaycanın brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət”in vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti barədə məlumat verilib.
Səfər zamanı Əlcəzairin Baş naziri Abdelmalek Sellal ilə də görüş keçirilib. İki ölkənin din və mədəniyyət kimi ortaq dəyərlərə malik olduğunu söyləyən Baş nazir səfərin və imzalanmış sənədin mühüm əhəmiyyətini qeyd edib. O, Əlcəzairin Azərbaycan ilə bütün istiqamətlərdə, xüsusilə iqtisadi, hüquqi, ticarət, neft-qaz və mədəniyyət sahələrində əməkdaşlığın aparılmasında maraqlı olduğunu bildirib, bunun üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Baş nazir ölkəsinin Afrikada nüfuza malik olduğunu bildirərək qitə ölkələri ilə əlaqələrin inkişafında Azərbaycana kömək etməyə hazır olduğunu söyləyib.
Görüşdə Azərbaycanda ədliyyə və məhkəmə sistemində aparılan islahatlara maraq göstərilib, bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydası qeyd edilib.
Ədliyyə naziri F.Məmmədovun Əlcəzairin Ali Məhkəməsinin sədri və baş prokuroru ilə də görüşləri olub. Görüşlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərilib, məhkəmənin binası ilə tanışlıq olub.
Nümayəndə heyəti, həmçinin Ali Magistratlar (Hakimlər və Prokurorlar) Məktəbinə səfər edilərək həmin qurumun fəaliyyəti, hakimlərin və prokurorların ilkin və davamlı tədrisi prosesi ilə tanış olub, əməkdaşlığa dair faydalı danışıqlar aparıb.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, penitensiar sistemin təkmilləşdirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı islahatların həyata keçirildiyi nəzərə alınaraq ölkəmizin nümayəndə heyəti, həmçinin Əlcəzairin yeni inşa olunmuş müasir penitensiar kompleksinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, habelə Probasiya xidməti, eləcə də Həbsxana Əməkdaşlarının Milli Məktəbində penitensiar xidmət üçün kadrların hazırlanması sistemi ilə maraqlanıb, bu sahədə faydalı təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti Əlcəzairin Milli Notariuslar Palatasının fəaliyyəti ilə də tanış olaraq səmərəli fikir mübadiləsi aparıb. Söhbət zamanı Azərbaycanın notariat institutunun fəaliyyətinə maraq göstərilib.
Bütün görüşlərdə həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunaraq, münaqişəyə dair broşürlər və digər əyani vəsait təqdim edilib.
Tədbirlərdə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev də iştirak edib.
Tural Tağıyev







 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Kəmaləddin Heydərov Sabirabadda vətəndaşları qəbul edəcək
21.08.2017
Kartofla dərinizi gözəlləşdirin
21.08.2017
Vilyam Hacıyev ordenlə təltif edilib
21.08.2017
Prezident sabiq dövlət və hökumət başçılarını qəbul edib
21.08.2017
Prezident “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info