İlin ilk üç ayında Qəbələyə 12 mindən çox turist gəlib
Tarix: 20.04.2017 | Saat: 21:04:00 | E-mail | Çapa göndər
Cari ilin birinci rübü Qəbələ rayonu üçün uğurlu olub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 33 milyon 152 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 3 milyon 684 min manat, yaxud 12,5 faiz artıb. Əsas kapitala yönələn investisiyanın həcmi 5 milyon 219 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 4 milyon 912 min manat təşkil edib.
Bu faktlar ötən 3 ayda Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, 2017-ci ilin birinci rübündə Qəbələ Rayon Məhkəməsi, Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsi, Qəbələ Peşə Liseyi, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ Rayon Prokurorluğu, Gömrük Akademiyası üçün inzibati binaların inşası, atçılıq mərkəzi, “Qafqaz Aqua Land Hotel” və “Qafqaz Diamond Akvapark” istirahət mərkəzinin tikintisi, şəhərin içməli su və kanalizasiya sisteminin yenidənqurulması işləri davam etdirilib. 2003-cü ilin oktyabr ayından bəri 14 min 132-si daimi olmaqla, 15 min 931 yeni iş yeri açılıb. Bu ilin birinci rübündə isə 866 daimi iş yeri yaradılıb. Hesabat dövründə Qəbələ şəhərinin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli yaşayış binasının dam örtüyünün dəyişdirilməsinə, xalça toxuculuğu müəssisəsinin tikintisinə və Heydər Əliyev prospektində əsaslı təmir işlərinə başlanılıb. Rayonda turizmin inkişafı üçün görülən işlər müsbət nəticə verməkdədir. Hazırda Qəbələdə 20 müasir turizm-istirahət obyekti fəaliyyət göstərir. Bu otellərdən 6-sı beşulduzludur. Qəbələdə yerləşən mehmanxana tipli obyektlər bir gündə 2700-dən çox turisti qəbul etmək imkanına malikdir. Son 3 ayda Qəbələyə 12 mindən çox turist gəlib. Qeyd edilib ki, rayonda 2017-ci ilin məhsulu üçün ötən ilin payızında 21 min 47 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 16 min 262 hektarını buğda, 4785 hektarını arpa sahələri təşkil edir. Hazırda Qəbələdə 6854 hektar meyvə bağı, 509 hektar üzüm plantasiyası mövcuddur. Bildirilib ki, rayonda ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə fındıqçılığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Rayonda 2000 hektar yeni fındıq bağının salınması nəzərdə tutulub. Keçən ilin payızından bu işlərə başlanılıb və ötən üç ayda da davam etdirilib. Ayrı-ayrı kənd ərazilərində indiyədək 900 hektar sahədə yeni fındıq bağları salınıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
UNEC-in Zaqatala filialının tələbələri Aİ haqqında məlumatlandırılıb
22.09.2017
Qubada yeni məktəb binası istifadəyə verilib
22.09.2017
Vüsal Quliyev: “Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil”
22.09.2017
Gələn ay Alma bayramı və Xalça festivalı keçiriləcək
22.09.2017
Naxçıvanın qaz təsərrüfatı yaxşılaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info