İKT-nin imkanlarından istifadə yolları müzakirə edilib
Tarix: 21.04.2017 | Saat: 11:35:00 | E-mail | Çapa göndər
Aprelin 20-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən treninqdə cənub bölgəsinin gənc mədəniyyət işçiləri İKT-nin imkanlarından istifadə yollarını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Astara, Lənkəran və Lerik rayon mədəniyyət müəssisələrinin gənc əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə “Google Maps internet saytının imkanlarından istifadə qaydaları” və “Vikipediyadan istifadə qaydaları” müzakirə mövzusu olub.
Təlim məşğələsində informasiya texnologiyaları üzrə mütəxəssis Məmməd Əliyev “Google Maps” və digər məşhur onlayn xəritələrdən, axtarış sistemlərindən istifadə etməklə regionlarda yerləşən muzeylər, tarixi abidə və qoruqlar, otellər, restoranlar və bu kimi digər müəssisələr haqqında məlumatların asanlıqla tapılmasının təmin edilməsindən danışıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin innovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə “Vikipediya”da müasir informasiya texnologiyalarının və kreativ üsulların tətbiqi kimi məsələlərin olduqca aktual olduğunu diqqətə çatdırıb.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev internet resurslarında təxribat xarakterli və təhrif olunmuş məlumatların yayılmasından danışaraq, onların aşkar olunmasında hər bir azərbaycanlının fəallıq göstərməli olduğunu bildiriblər.
Sonda gənc mədəniyyət işçilərinin sualları cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
Kaliforniyada Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq
26.04.2018
Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfrans keçirilir
26.04.2018
Nazirlik: “Direktor və müəllimlərin işə qəbulu qaydalarında yenilik olacaq”
25.04.2018
ADPU tələbələri AXC-nin 100 illiyi münasibətilə ingilis dilində tədbir keçiriblər
25.04.2018
Ali məktəblərin biznes qurumları ilə əlaqələri məzunları işlə təmin edəcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9096

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info