BANM ATKINS şirkəti ilə əməkdaşlıq edəcək
Tarix: 21.04.2017 | Saat: 12:23:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rəhbərliyi, Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd və səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib və bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olub. Bu istiqamətdə ali məktəb Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərlə yaxın əməkdaşlıq edir.
ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd öz çıxışında qeyd etdi ki, ATKINS Global-ın fəaliyyəti çox geniş spektri əhatə edir. Şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur və geotexniki qiymətləndirmələr və konsaltinq xidmətləri göstərir. Hazırda Azərbaycanda BP şirkəti ilə regional müqavilə əsasında fəaliyyət göstərir və “Milliləşdirmə siyasəti”-nə dəstək göstərən şirkətlər arasında yer alır. Bu məqsədlə onlar BANM-lə daha yaxından tanış olub tələbələrin praktik baxımdan inkişafına və gələcək məzunların karyera imkanları ilə təmin olunmasına töhfə vermək niyyətindədir. Bu dəstək tərəflərin razılığından asılı olaraq müxtəlif formalarda - əməkdaşlıq proqramı, yay məktəbləri, sənaye peşəkarlarının iştirakı ilə qısamüddətli təlimlər və yaxud təqaüdlər formasında təklif oluna bilər.
Səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit səfirliyin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraq göstərdiyini və bu sahədə fəal çalışdığını vurğulayıb. O, BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti, eləcə də BP və digər bir sıra şirkətlər arasında əlaqələrin mövcudluğundan məmnunluq duyduğunu və bu əlaqələrin daha da genişləndirilməsində səfirlik olaraq hərtərəfli dəstək göstərəcəklərini qeyd edib.
Sonda BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
İdman yarışlarında və müsabiqələrdə uğur qazanan tələbələr mükafatlandırılıb
16.01.2018
Andrea Soner: “Dinlərarası dialoqun inkişaf etdirilməsi Azərbaycanda prioritet istiqamətdir”
16.01.2018
Jurnalist İradə Sarıyevanın kitabının təqdim etmə mərasimi keçirilib
16.01.2018
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb
16.01.2018
Naxçıvanın müdafiəsində iştirak edən Əli bəy Əzimbəyov kim olub?

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8185

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info