Metroda daha bir yarımstansiya istismara verilib
Tarix: 21.04.2017 | Saat: 12:49:00 | E-mail | Çapa göndər
Bakı metropolitenində daha bir yarımstansiya yenidən qurularaq istismara verilib.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 1967-ci ildə istismara verilmiş "Gənclik" stansiyasında yerləşən alçaldıcı yarımstansiya həmin vaxtdan sonra ilk dəfə idi tamamilə yeniləşdirilirdi. Ötən illərdə yarımstansiyada yalnız cari təmir və yeniləşmə işləri aparılıb. Ən böyük yenilik isə bir neçə il əvvəl yeni tipli akkumulyatorların tətbiqi olub.

"Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra metropolitendə elektrik təchizatı sisteminin yenilənməsi məsələsinə daha geniş miqyasda baxılmasına başlanılıb. Bu isə mövcud yarımstansiyaların yeniləşməsini daha səmərəli və qənaətli şəkildə həyata keçirməyə imkan verir.

Yarımstansiyada müasir dövrün tələblərinə cavab verməyən avadanlıqların hamısı tamamilə yenilənib, yeni texnika və texnologiyaların tətbiqi nəticəsində stansiyanın elektrik enerjisi ilə təmin olunmasının dayanıqlı və fasiləsiz olmasına nail olunub. Burada 6 kV kompleks paylayıcı quruluşların tətbiqi ilə köhnə yağ açarları "Evolis" tipli vakuum analoqları ilə əvəzlənib. Paylayıcı qurğularda 380 V və 220 V gərginlik yeni tipli avtomatik açarlarla idarə olunur. Bu isə məsafədən idarəetməyə imkan verir. Bununla da mərkəzi dispetçer məntəqəsindən yarımstansiyanın işinin idarə olunmasına şərait yaranıb. Həmçinin yarımstansiyada avtomatik iş yerləri yenidən qurularaq müasir texnologiyaların və dispetçer idarəetməsinin tam funksionallığı ilə tətbiq edilməsinə şərait yaradılıb.

Bundan əlavə, qatarların hərəkətinin avtomatik tənzimlənməsi sisteminin qidalanması və sabit cərəyən elektrik lövhələri tamamilə yenidən qurulub. Eləcə də istismar müddətini başa vurmuş 4 ədəd transformator yeni analoqları ilə əvəzlənib. Yarımstansiyada «Siemens» şirkətinin 630 və 400 kVA gücündə müasir tipli transformatorları quraşdırılıb. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələbləri tam təmin olunub. Müasir havalandırma və soyutma sistemləri yeniləşmiş yarımstansiyanın fəaliyyətini daha da etibarlı edəcək.

Təmir tədbirləri çərçivəsində otaqlarda əsaslı işlər aparılaraq, müasir iş şəraiti yaradılıb.
Son illərdə "D-2", "Koroğlu", "Elmlər Akademiyası" və "Sahil" yarımstansiyalarında analoji işlər aparılıb. "Nərimanov" elektrik deposunda iş həcminin artması, yeni istehsalat, fəaliyyət və təmir-bərpa sahələrinin yaradılması ərazidəki "Depo-2" yarımstansiyasının yenidən qurulmasını zəruri edir. Bu məqsədlə yeni ikimərtəbəli bina inşa edilib, yeni kabel kollektoru çəkilib. May ayında isə sahədə yeni avadanlıqların quraşdırılmasına başlanılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2017
Avropa bazarlarına “Made in Azerbaijan” brendi ilə köynək çıxarılacaq
26.04.2017
Fermer: “Məqsədimiz Lənkəran çayının əvvəlki şöhrətini qaytarmaqdır”
26.04.2017
Müalicəvi istirahətə üstünlük verənlər üçün əla fürsət
26.04.2017
ASK prezidenti: “Son 13 ildə 1,3 mln. daimi iş yeri açılıb“
26.04.2017
“AzəriLayt” markalı neft bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6269

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info