Füzulidə bu il 30 ton barama istehsalı nəzərdə tutulur
Tarix: 21.04.2017 | Saat: 12:54:00 | E-mail | Çapa göndər
Bu il Füzuli rayonunda 2050 hektar sahədə pambıq becərilməsi, 30 ton barama istehsalı nəzərdə tutulur. Pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri hazırda çiyid səpinini uğurla davam etdirirlər.
Bu barədə Füzuli Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncaqda danışılıb.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin hesabat məruzəsində bildirilib ki, birinci rübdə rayonda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb, tikinti-quruculuq işləri davam etdirilib. Yanvar-mart aylarında rayonda ümumi məhsul buraxılışının həcmi 24075,5 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz çoxdur.
Məlumat verilib ki, birinci rübdə Horadiz-Arayatılı avtomobil yolunun kənarında müasir istixana kompleksi fəaliyyətə başlayıb. Horadiz şəhərində 27 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, fasad hissələri suvanaraq rənglənib. Şəhərdə “Aprel şəhidlərinə xatirə” abidəsi tikilərək istifadəyə verilib. Hazırda Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin tikintisi davam etdirilir. Yaxın günlərdə üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün bazar istifadəyə veriləcək, Bala Bəhmənli kəndi ərazisində rayon mərkəzi xəstəxanası üçün binanın tikintisinə başlanılacaq.
Diqqətə çatdırılıb ki, rayonda kəndlərarası və magistral avtomobil yollarının təmir-bərpa işləri daim diqqətdə saxlanılır. 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolları yenidən qurulub. Rayon ərazisində, ümumilikdə, 80 kilometrə yaxın kənd və qəsəbəarası yolların bərpası işləri başa çatdırılıb. Hazırda Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun Füzuli rayonu ərazisindən keçən 40 kilometrlik hissəsinin əsaslı təmir-tikinti işləri davam etdirilir.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman, xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
Belarusda Azərbaycan Ticarət Evinın açılışı olub
26.05.2017
Sankt-Peterburqdan Bakıya aviareyslərin sayı artır
25.05.2017
“Bir pəncərə“ İxraca Dəstək Mərkəzi açılıb
25.05.2017
Yerli istehsala 1 milyard manat investisiya yatırılacaq
25.05.2017
Neft hasilatının azaldılmasına dair razılıq

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info