Mülhazil Balakişiyev: “Hədəfimiz Prezidentin yun ixracı ilə bağlı tövsiyələrini reallaşdırmaqdır”
Tarix: 21.04.2017 | Saat: 14:47:00 | E-mail | Çapa göndər
Ağcabədi rayonunun Ağabəyli kəndində “Fərhad-91” müəssisəsinin yun emalı fabrikində istehsal edilən yun xaricə ixrac olunmağa başlayıb. Bağlanmış müqaviləyə əsasən, aprelin 17-də ilkin olaraq Çin Xalq Respublikasına 66 ton yun göndərilib. İlin sonunadək Çinə 1360 ton yun ixrac ediləcək ki, bu da ölkəmizə 2,3 milyon ABŞ dolları məbləğində valyuta gətirəcək.
Müəssisənin təsisçisi Mülhazil Balakişiyev AZƏRTAC-a müsahibəsində yun fabrikinin fəaliyyətindən və perspektivindən danışaraq deyib: “Fabrikdə yun tədarükü, emalı və satışına 2002-ci ildən başlanılıb. Prezident İlham Əliyevin bu il yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda digər sahələrlə yanaşı, yunun tədarükü, istehsalı və xaricə ixracı ilə bağlı tapşırıqları fəaliyyətimizi genişləndirməyə stimul verdi. Xarici tərəfdaşlarla əlaqələr yaratdıq və bu ilin martında Çin şirkətləri ilə imzaladığımız müqaviləyə əsasən yun ixracına başladıq. Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində də yunun tədarükünün təşkil edilməsi, yun fabrikinin yaradılmasının vacibliyini bir daha vurğulayıb, bunun fermerlər üçün əlavə qazanc mənbəyi olacağını, ölkəyə isə valyuta gətirəcəyini bildirib. Xaricə yun ixrac etməklə bu işə töhfə verdiyimiz üçün məmnunuq”.
Xarici bazara yol tapmağın çətin olduğunu bildirən sahibkar deyib ki, onların məhsulu yuma və çeşidləmə keyfiyyətinə görə diqqəti cəlb edir. Çinə 3000 ton yuyulmuş yun ixracı üçün razılıq əldə olunub. Eyni zamanda, digər tərəfdaşlarla da məhsul ixracı istiqamətində iş aparılır.
Fabrik ildə 3000-5000 ton yuyulmuş yun istehsal etmək gücünə malikdir. Bu isə daxili tələbatı ödəməklə yanaşı, ixrac üçün də geniş imkan yaradır. “Statistikaya əsasən, Azərbaycanda əhali və fermerlər tərəfindən illik 18 min ton yuyulmamış yun istehsal edilir. Bu yunun 40 faizi demək olar ki, istifadəsiz qalır. Qalan yun yerli bazarda satılır, yaxud fərdi şəkildə istifadə olunur. Yerli bazara satış üçün çıxarılan çirkli yunun miqdarı 6000-6500 ton təşkil edir ki, bu da 3 min tondan çox yuyulmuş yun deməkdir”, - deyə M.Balakişiyev vurğulayıb.
Müəssisə ölkədə satışa çıxarılan bütün yunu yumaq imkanına malikdir. Bunun üçün infrastrukturun yaxşılaşdırılmasına, yun tədarükü məntəqələrinin avadanlıqlarla təchizatına, yardımçı avadanlıqların alınmasına ehtiyac olduğunu bildirən sahibkar deyib: “Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstək göstəriləcəyi təqdirdə, yunun əhali və fermerlərdən vaxtında və itkisiz toplanması üçün regionlarda 10 daimi, qışlaq-otlaq sahələrində isə 17 səyyar tədarük məntəqəsi yarada bilərik. Hesablamalara görə, yunun tədarükü, emalı və satışının kompleks həlli 172-si daimi olmaqla, 242 nəfərin işlə təmin olmasına, qoyunçuluqla məşğul olan 30 minə yaxın ailənin maddi təminatının yaxşılaşmasına, həmçinin respublikamıza xarici valyuta axınının artmasına imkan verər. Fabrikimizin istehsal gücü, kadr potensialı, xarici tərəfdaşlarla yaratdığımız əlaqələr dövlətimizin başçısının yun ixracı ilə bağlı qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə şərait yaradır”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.07.2017
Hövsanda “Xəyal Adası” yaşayış kompleksi salınır
25.07.2017
Göyçayda altı yaşayış məntəqəsini birləşdirən yol
25.07.2017
Sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub
25.07.2017
11,2 min tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlərlə təmin edilirlər
25.07.2017
Rusiya səfirliyi: “Azərbaycan məhkəməsinin qərarını şərh etmək hüququmuz yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6998

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 4 min müəllim imtahan verib
25.07 15:05 Dollar ucuzlaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info