İmişlidə 17 min 750 hektar sahədə pambıq əkiləcək
Tarix: 21.04.2017 | Saat: 15:01:00 | E-mail | Çapa göndər
İmişlidə 2017-ci ilin birinci rübündə iqtisadiyyatın əsas sahələri üzrə 225 milyon manatlıq məhsul istehsal edilib. Bu barədə rayonda keçirilən hesabat yığıncağında məlumat verilib. Cari ilin üç ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda bildirilib ki, istehsal olunan məhsulun və ya görülən işin 60,5 faizi sənayenin, 17,7 faizi kənd təsərrüfatının, 5 faizi tikintinin, qalanı isə ticarət, rabitə və nəqliyyat xidmətlərinin payına düşüb.
Qeyd olunub ki, hesabat dövründə rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilib, 78 min manatlıq abadlıq işləri aparılıb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin, kənd təsərrüfatı ərazi idarəsinin inzibati binalarının tikintisi başa çatıb, “Azərişıq” ASC-nin elektrik şəbəkəsinin və “ASAN xidmət” mərkəzinin inzibati binalarının tikintisi davam etdirilib. Şəhərdəki Heydər Əliyev prospektində müvafiq abadlıq işləri aparılıb. Bundan əlavə, 41 min nəfər əhalisi olan 9 yaşayış məntəqəsini özündə birləşdirən 23 kilometrlik İmişli-Otuziki-Xoşçobanlı-Murğuzalılı-Mürsəlli-Qaraqaşlı-Muradalılı-Nurulu-Ölcələr və Yuxarı Qaralar kəndlərarası avtomobil yollarının əsaslı təmir işlərinə də start verilib.
Yığıncaqda qeyd edilib ki, ötən müddətdə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı da nəzərə çarpacaq qədər çoxalıb. Vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin sürətli inkişafına nail olunub. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Məlumat verilib ki, bu il rayonda 17 min 750 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Hazırda pambıq əkini işləri sürətlə aparılır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən də danışılıb.
Sonda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“TAP qaz boru kəməri İtaliya üçün zəruri infrastrukturdur”
25.09.2017
Kənd təsərrüfatı istehsalçıları məhsulların satışı vergisindən azaddırlar
25.09.2017
“Məhsullarımız “ABAD”ın dəstəyi ilə tezliklə supermarketlərdə satışa çıxarılacaq”
25.09.2017
8,7 kilometr dəmir yolu əsaslı təmir olunur
25.09.2017
“Qazprom“ Azərbaycanda nümayəndəlik açır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7355

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
5 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info