Vergilər naziri Saatlıda vətəndaşları qəbul edib
Tarix: 21.04.2017 | Saat: 15:28:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul aprel ayının 21-də vergilər naziri Fazil Məmmədov tərəfindən Saatlı rayonunda Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar üçün keçirilib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
«Air Arabiya» Qəbələyə uçuşlar təşkil edəcək
20.01.2018
Keçən il Naxçıvanda 5 min 715 uşaq doğulub
19.01.2018
Baş prokuror vətəndaşları qəbul edib
19.01.2018
Dövlət Neft Fondunda vakansiya
19.01.2018
“Bank Respublika” işçi axtarır

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8230

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info