Yasamalda yanmış bina bərpa edilərək sahiblərinə təhvil veriləcək
Tarix: 21.04.2017 | Saat: 15:55:00 | E-mail | Çapa göndər
Aprelin 21-də Yasamal rayonu, Həzi Aslanov 3 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının bərpa olunması prosesinə start verilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həmin əraziyə gələrək görülən işlərlə tanış olub. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, bu il yanvarın 27-də Həzi Aslanov 3 ünvanında üçmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Yaşayış sahəsi 300 kvadratmetr olan bu binada yanğından sonra rayon icra hakimiyyəti mövcud vəziyyəti araşdırıb. Məlum olub ki, üç mənzil tamamilə yanaraq sıradan çıxıb. Həmin mənzillərin sahibləri isə öhdələrində əlil, yaşlı, xəstə və azyaşlı uşaqlar olan aztəminatlı, imkansız şəxslərdir. Yanğın baş verən vaxtdan bu günə qədər mənzilləri yanmış sakinlər yaşamaq üçün evləri olmadığından qohum evinə sığınıb, kirayə mənzillərdə qalıblar. Bu cür vəziyyət isə uzun müddət davam etməklə həmin insanlara həm maddi, həm də mənəvi çətinliklər yaradıb.
Yasamal Rayon İcra Hakimiyyəti həmin hadisədən sonra yaranmış mövcud vəziyyəti, mənzilləri yanmış sakinlərin aztəminatlı, imkansız, çətin vəziyyətdə olduqlarını nəzərə alaraq qərara gəlib ki, sözügedən üçmərtəbəli yaşayış binası rayon icra hakimiyyətinin daxili imkanları hesabına təmir olunaraq yenidən sakinlərin istifadəsinə verilsin. Bu gündən başlanan təmir işlərinin yaxın müddət ərzində bitməsi nəzərdə tutulur.
Qeyd edək ki, yanğın baş verən zaman üçmərtəbəli yaşayış binasının tavanı, döşəməsi, qapısı, pəncərəsi, pilləkən və keçid meydançası, dam örtüyü, ümumiyyətlə, taxta konstruksiyadan olan bütün elementlər yanaraq sıradan çıxıb.
Evləri yanmış mənzillərin sakinləri - Sevda Rəhimova, Leyla Cəfərova, Esmira İsayeva və Raisa Abutalepova bu ağır vəziyyətlərində onlara göstərilən köməyə, yanmış mənzillərinin bərpa olunaraq istifadələrinə veriləcəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“TAP qaz boru kəməri İtaliya üçün zəruri infrastrukturdur”
25.09.2017
Kənd təsərrüfatı istehsalçıları məhsulların satışı vergisindən azaddırlar
25.09.2017
“Məhsullarımız “ABAD”ın dəstəyi ilə tezliklə supermarketlərdə satışa çıxarılacaq”
25.09.2017
8,7 kilometr dəmir yolu əsaslı təmir olunur
25.09.2017
“Qazprom“ Azərbaycanda nümayəndəlik açır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7355

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
5 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info