Gənclər hər zaman tükənməz enerjidir
Tarix: 25.04.2017 | Saat: 13:07:00 | E-mail | Çapa göndər
Mahmud Əyyub |

Hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında gənclər böyük rola malik olan potensial qüvvə kimi öncül sahələrdən birini tutur. Gənclər həmişə cəmiyyətin yeniliyə can atan, çevik və yaradıcı qüvvəsi olub. Onların qüvvəsindən düzgün istifadə isə olduqca mühüm əhəmiyyət kəsb edir. Gənclərə qayğı və məhəbbətlə yanaşan bir toplum həmişə uğur qazanaraq gələcəyini əmin əllərə etibar edir. Bu kontekstən müstəqil dövlətimizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Məqsədəuyğun gənclər siyasətinin nəticəsidir ki, bu gün güclü intelektual, avanqard, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalaşıb. Gənclərin inkişafı üçün şaxəli şəkildə və mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Öz düşüncəsini, elmini, qabiliyyətini büruzə vermək üçün cəmiyyətimizdə gənclərə dövlət tərəfindən hər cür şərait yaradılıb. Onların ictimai işlərdə fəallığı üçün yaradılmış gənclər təşkilatları, asudə vaxtlarının xoş keçirilməsi üçün təşkil olunan düşərgələr, elmi dünyagörüşlərini inkişaf etdirmək üçün beynəlxalq və yerli konfrans, seminar, görüş və simpoizumlar uğurlu gənclər siyasətinin ən parlaq göstəricisidir. Yuxarıda göstərilmiş tədbirlər gənclərin qloballaşan dünyaya inteqrasiya etməsində və mənəvi cəhəddən yüksəlişində əvəzolunmaz sıçrayışdır. Sevindirici haldır ki, ictimai işlərdə fəallıq göstərən gənclərin sayı günbəgündən dinamik şəkildə artır. Yetişməkdə olan gənclər yüksək mədəni-əxlaqi keyfiyyətləri ilə seçilir. Onların vətənə, dövlətə, xalqa, rəhbərə bağlılığı əxlaqi keyfiyyətlərinin yüksək olmasından xəbər verir. Dövlətin gənclərdə vətənpərvərlik hislərinin yüksəldilməsi, milli adət və ənənələrə sadiq olmaları üçün həyata keçirdiyi sistemli gənclər siyasəti gənclərin daha böyük mənəvi-əxlaqi keyfiyyətlərə yiyələnməsinə səbəb olur.
Müasir gəncliyin inkişafında ulu öndər Heydər Əliyevin rolu danılmaz və əvəzsizdir. Ümummilli lider hər zaman gənclərə qayğı ilə yanaşıb və problemləri ilə daim yaxından maraqlanıb. Ulu öndər Heydər Əliyev hələ respublikaya ilk rəhbərliyi dövründə gəncləri İttifaqın digər respublikalarına təhsil almağa göndərib. Ulu öndərin bu addımı, gənclərə verilən ən böyük qayğının bariz nümunəsi və təsdiqidir. İkinci dəfə hakimiyyətə qayıdan ulu öndər H. Əliyev yenidən gənclər sektoruna qayğısını artırmışdır. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 1-də 2 fevralın “Gənclər günü” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu forum bir tarixi ənənəyə çevrilərək hər il keçirilir və öz ətrafında minlərlə gənci birləşdirir. Forum gənclərin sosiallaşması istiqamətində mühim əhəmiyyət kəsb edərək onlara dövlət qayğısının artırılmasını gücləndirir.
Bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq uğurlu gənclər siyasəti öz bəhrəsini verir. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları gənclərin tərəqqisində və bu sektora dövlət dəstəyinin artırılması istiqamətində atılan addımların davamıdır. 2007-ci ilin ölkədə "Gənclər ili" elan edilməsi isə öz növbəsində uğurlu gənclər siyasətinin məntiqi davamıdır.
Yeniyetmə və gənclərin fəal vətəndaş kimi formalaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun yaradılması gənclərin inkişafı aspektdən əhəmiyyətli addımdır. Gənclər Fondu minlərlə gəncin arzularının reallaşdığı bir məkandır.
Gənclərin ideyalarının dəstəklənməsi, onlara köməklik göstərilməsi və maliyyə resuslarının ayrılması isə Gənclər sektorunun zənginləşməsinə səbəb olub. Bu gün gənclərimiz tək ölkə səviyyəli tədbirlərdə yox, dünya səviyyəli tədbirlərdə də ölkəmizi layiqincə təmsil edirlər. Bu gün gənclər ölkəmizdə keçirilən dünya səviyyəli tədbirlərdə yaxından iştirak edirlər. Bu haqda Prezident İlham Əliyev deyir: “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar”.
Bu yaxınlarda Gənclər Fonduna ayrılan vəsait təşkilatlarla yanaşı, minlərlə gənci də sevindirdi. Bu addım gəncləri milli mentalitet əsasında tərbiyə etməyə kömək olur və təşkilatlanmaq qabiliyyətini artırır. Beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətimiz gənclərin qüvvəsindən düzgün istifadə edərək onları vahid şəkildə birləşdirməyə nail olur.
Ölkəmizdə başladılan “Könüllülük” hərəkatı gənclərin illərlə gözlədiyi bir məqamdır. Könüllülük hərəkatının çox qədim tarixi var. Dövlətçilik tariximizdə könüllülük hərəkatı mövcud olmuş və bu indi də davam edir. Tarix ərzində xalqımız könüllülük fəaliyyəti ilə məşğul olub. Biz bunu bədii əsər və tarixi hadisələrdə müfəssəl görə bilərik. Könüllülük fəaliyyətini konkret bir tarixi hadisə ilə məhdudlaşdıra bilmərik. Ancaq könüllülük hərəkatının başlanğıcının əsas meyarlarını müəyyən etmək olar. İndiki dövrdə könüllülük hərəkatının əhatə dairəsi genişlənərək tədqiqat obyektinə çevrilib. Könüllülük hərəkatının hüquqi bazası möhkəmləndirilmiş və cəmiyyətin bütün təbəqələrini əhatə etməyə başlayıb. Bu gün minlərlə gənclər “Könüllü” kimi fəaliyyət göstərir. Bu, gənclərin daha da sosiallaşmasına kömək olur.
Müstəqil Azərbaycan gənci artıq ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir və mütəqilliyimizin möhkəmlənməsinə yardımçı olur. Gənclərlə dövlət arasında sıx əlaqə mövcuddur və bu əlaqə onların inkişafına stimul verir.




 
Müəllifin son yazıları

 Şərhlər Sayı: 1 
fcuydxtj 1


    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6769

1 “Peşəkarlıq yaşa baxmır”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Özünüzə yaxşı müəllim seçin”
4 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
5 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info