Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
Tarix: 25.04.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. Suraxanı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, mərasim hərbi orkestrin ifasında Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 23 yaşında olarkən 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Milli Qəhrəmanımızın doğulduğu və şəhid olduğu günlər (25 aprel və 8 may) onun adını daşıyan 154 nömrəli tam orta məktəbdə onun qeyd olunur, Şəhidlər xiyabanında məzarı ziyarət edilir. Diqqətə çatdırılıb ki, respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da şəhidlərimizin xatirəsi əbədiləşdirilir, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Suraxanı rayonunda həyata keçiriləcək yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən, ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və yeniləri tikilib. Albert Aqarunovun xatirə lövhəsinin açıldığı bina da həmin proqrama əsasən abadlaşdırılıb. İ.Abbasov vurğulayıb ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir. Albert Aqarunovun davamçıları ötən ilin aprelində düşmən təxribatlarına layiqli cavab verərək öz qəhrəmanlıqlarını bir daha göstərdilər. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, öz ərazi bütövlüyünü tezliklə bərpa edəcək. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov, tədqiqatçı-jurnalist Lalə Hüseynova, Suraxanı maşınqayırma zavodunda Albert Aqarunovun iş yoldaşı olmuş Məşgül Mirzəyev, Azərbaycanın birinci tank taborunun keçmiş komandiri, ehtiyatda olan kapitan Hacı Əzimov, keçmiş tank komandiri Ağa Qasımov Milli Qəhrəman Albert Aqarunovun şərəfli həyat yolundan, qəhrəmanlığından danışıblar. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib.
Sonra Suraxanı rayonundakı Heydər Əliyev parkında Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin ansamblının və Şuşa mədəniyyət evinin kollektivinin ifasında konsert proqramı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info