Naftalan neftindən hazırlanan məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılacaq
Tarix: 25.04.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər
Ölkədə ixracın inkişafı, artırılması ən əsas məsələlərdən biridir. Bu istiqamətdə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, bu məqsədlə Ticarət evləri yaradılır, ixrac missiyaları, sərgilər təşkil edilir. “Azexport az” portalı, “Made in Azerbaijan” brendi, investisiya və ixrac təşviqi yaradılıb.
Sahibkarların fəaliyyəti üçün artıq müvafiq şərait yaradılıb və ölkə başçısı öz çıxışında bildirib ki, bundan sonra sahibkarlara ancaq bunlardan istifadə etmək, öz imkanlarını genişləndirmək, ölkəmizə daha böyük fayda gətirmək qalır. İxracla bağlı əsas məqsədlərdən biri də yeni bazarlara çıxış əldə edilməli olduğunu deyən Prezident qeyd edib ki, biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Bu istiqamətdə tədbirlərdən biri kimi bildirilib ki, məhsulun qablaşdırılmasına diqqət göstərilməlidir: “Mən şadam ki, son vaxtlar buna diqqət göstərilir. Çalışmalıyıq ki, Azərbaycanda qablaşdırma sənayesi inkişaf etsin. Biz hələ ki, bir çox qabları, həmçinin yardımçı materialları xaricdən idxal edirik. Bunu Azərbaycanda istehsal etmək üçün heç bir problem yoxdur. Ümumiyyətlə, qablaşdırma bizim idxaldan asılılığımızı azaldar”.
Bu gün “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atıldığını deyən ölkə başçısı bildirib ki, artıq bu brend dünyada şöhrət qazanır: “Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Biz, eyni zamanda böyük dövlət şirkətlərini və özəl şirkətləri də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Biz bundan sonra işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq.
Biz təbii ki, öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl gedir. Azərbaycanın zəngin təbii ehtiyatları var”.
Azərbaycanın zəngin təbii ehtiyatlarından biri də Naftalan neftidir. Naftalan nefti əsasında hazırlanan məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılacaq. Bu barədə “Qətransız Naftalan məlhəmi” MMC-nin təsisçisi, Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev məlumat verib. Baş həkim bildirib ki, 70-dək xəstəliyin müalicəsində tətbiq edilən bu məlhəm uzun illər Naftalanda fəaliyyət göstərən sağlamlıq mərkəzlərində istifadə olunub. Bir çox xəstəliklərdən əziyyət çəkən insanlar Naftalandakı kurort-sanatoriya mərkəzlərində müalicə olunub və həmin məlhəmin şəfaverici gücü sayəsində sağlamlıqlarını bərpa ediblər. Ona görə də şəhərdəki xarici turistlər ölkələrinə qayıdarkən özləri ilə Naftalan məlhəmi aparmaq istəyiblər. Lakin bu vaxta qədər Naftalan məlhəminin sənaye üsulu ilə istehsalı və qablaşdırılması həyata keçirilmədiyindən, həmin məhsulu almaq da mümkün olmayıb. İndi isə yüksək texnologiya əsasında qablaşdırılaraq dünya bazarlarına çıxarılması üçün “Qətransız Naftalan məlhəmi” hazırlanır. Hazırda bu məlhəm şəhərdəki otellərdə və kurort-sanatoriya mərkəzlərində satışa çıxarılır. Məhsulun Ukrayna, Rusiya və Qazaxıstanda satışının təşkili üçün həmin ölkələrdə rəsmi nümayəndəliklərin yaradılması ilə bağlı iş aparılır.
Eyni zamanda Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və bu sahə üzrə müvafiq tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Naftalan neftindən hazırlanan məhsulların Rusiya, Polşa, İtaliya və Fransa şəhərlərində sərgi-satışının keçirilməsi nəzərdə tutulub.
“Bu layihənin reallaşması respublikamızda istehsal olunan məhsulların həmin dövlətlərdə təbliğinə yeni imkanlar yaradacaq və nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılmasına, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, eləcə də şəhərimizin iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcək”, - deyə Hatəm Qocayev qeyd edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
10.10.2017
Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?
05.10.2017
Nikol Paşinyan:” Ermənistan başqa bir dövlətin ordusunun ümidinə qalıb”
04.10.2017
“Beynəlxalq terror təşkilatlarının internetdəki təbliğat saytlarının sayı on mini keçib”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7502

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
5 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info