“Kozlariç də yalanlarınızı oxumaqdan məmnun idi”
Tarix: 26.04.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov haqqında yalan məlumatlar yayan amerikalı siyasətçini tənqid edib.
 
Bu barədə N. Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
 
“Gözlədiyimdən daha bir həftə keçib. Lakin yenidən susqunluğu davam etdirməyə qərar verdiniz. Görünən odur ki, yalan və böhtan yaymaq gündəlik işinizdir. Sizin kimilərin bu kimi işlərdən xoşu gəlir – müəyyən bir şəxsi hədəf alaraq ictimai rəy formalaşdırmaq və sonadək istənilən bir şey barədə yazmaq. Kozlariç də yalanlarınızı oxumaqdan məmnun idi. Sizin prezident Donald Trampla mövcud olan problemlərinizi nəzərə alsaq, düşünürəm ki, tanımadığınız insanlar barədə əhvalatlar yazmaqla təsəlli tapırsınız”, - deyə N. Məmmədov vurğulayıb.
 
Qeyd edək ki, ötən həftə N. Məmmədov haqqında yalan məlumatlar yayan amerikalı siyasətçi Skott Dvorkindən üzr istəməsini tələb edib. Amerikalı siyasətçi N. Məmmədovun ABŞ-da iki evə malik olduğunu iddia edib. Buna cavab olaraq, N. Məmmədov S. Dvorkinin bunu sübut edə biləcəyi təqdirdə, evlərdən birini ona hədiyyə edəcəyini söz verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
17.10.2019
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info