Aleksey Puşkov: “AŞPA marginal quruma çevrilib”
Tarix: 28.04.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
Macarıstanın xarici işlər naziri Türkiyəni müdafiə etdi:
“Avropa institutları Türkiyə ilə miqrantlarla bağlı saziş imzalayarkən heç insan hüquqları yadlarına düşmürdü”


Türkiyə ilə Avropa arasında yaranan gərginliyin sonu, hələ ki, görünmür. Hələlik bilinən odur ki, tərəflər bir-birini ittiham etməklə məşğuldur. Luksemburqun xarici işlər naziri Jan Asselborn bildirib ki, Türkiyədə keçirilən son referendumdan sonra bu ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar prosesi de-fakto dayanıb.
Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılan Asselborn bildirib ki, referendumun keçirilməsi ilə “azad”, “ədalətli” və “Qərbyönümlü Türkiyə” və bu ölkənin Avropa İttifaqına daxil olma prosesi ölüb: “Çətin ki, yeni Türkiyədən nə isə çıxsın”. O hesab edir ki, Avropa İttifaqı Türkiyə ilə yeni siyasi münasibətlər formalaşdırmalıdır. Hollandiyanın xarici işlər naziri Bert Kunders üzvlüklə bağlı prosesin “aktiv şəkildə getmədiyini” bildirib. Avstriyanın xarici işlər naziri Sebastyan Kurç isə bir qədər də irəli gedərək bildirib ki, Brüsselin Türkiyə ilə daimi dialoqu vacibdir, amma Avropa İttifaqına üzvlükdən söhbət belə, gedə bilməz. Kurç bildirib ki, Türkiyədə keçirilən son referendum “qırmızı xəttin keçilməsi” olub və ölkəni Avropadan uzaqlaşdırıb. Macarıstanın xarici işlər naziri isə həmkarlarından fərqli mövqe ortaya qoyub. Peter Siyatro bəyan edib ki, Türkiyə Avropa İttifaqının vacib tərəfdaşıdır: “Biz Türkiyəni vacib tərəfdaş hesab edirik. Unutmaq lazım deyil ki, miqrasiya ilə bağlı imzalanmış saziş sayəsində təhlükəsizliyi təmin edə bilmişik. Avropa Türkiyənin, türk rəhbərliyinin əlindədir. Əgər miqrasiya razılaşması işləməsə, onda yüz minlərlə, bəlkə də milyonlarla qanunsuz miqrant Balkan yolu ilə Avropaya, üz tutacaq”. Xatırladaq ki, Avropa tarixinin ən böyük miqrasiya böhranını yaşayır. Vəziyyətdən çıxmağa çalışan Avropa İttifaqı 2016-cı ilin martında Türkiyə ilə razılaşma imzalayıb. Amma münasibətlər kəskinləşdiyi üçün Türkiyə həmin müqavilədən çıxmaqla hədələyir.


“M acarıstan Türkiyədə keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. Vətəndaşlar prezident sisteminə keçidə razılıq verdilər. Mən Avropada inamsızlığa gətirib çıxaran situasiyadan qaçmağın tərəfdarıyam. Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır”

Digər həmkarlarından fərqli olaraq daha obyektiv mövqe ortaya qoyan Siyatro bildirib ki, Macarıstan Türkiyədə keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır: “Vətəndaşlar prezident sisteminə keçidə razılıq verdilər. Mən Avropada inamsızlığa gətirib çıxaran situasiyadan qaçmağın tərəfdarıyam. Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır. Türkiyədə sabitliyin olması Avropa İttifaqının marağındadır”. Türkiyədə insan hüquqları ilə bağlı suala cavab verən nazir açıq şəkildə bildirib ki, ikili standartlardan çıxış etmək lazım deyil: “Avropa institutları Türkiyə ilə miqrantlarla bağlı saziş imzalayarkən heç insan hüquqları yadlarına düşmürdü. Türkiyədə stabilliyə zərbə vuracaq situasiyadan qaçmaq lazımdır”. Göründüyü kimi, həmkarlarından fərqli olaraq Macarıstanın xarici işlər naziri obyektiv mövqe göstərib. Qeyd edək ki, Avropa dövlətlərinin xarici işlər nazirləri belə açıqlamalar versələr də, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı proses rəsmi şəkildə dayanmayıb və formal da olsa, proses davam edir. Amma nazirlərin bu mövqeyi onların nə qədər qərəzli olduğunu, ikili standartlardan yanaşdığını ortaya qoyur. Ölkədə referendumun keçirilməsi, xalqın iradəsini ortaya qoyması demokratiyanın təməl prinsipidir. Türkiyədə də referenduma çıxarılan məsələlər tam demokratik şəkildə, xalqın iradəsini ortaya qoyması ilə qəbul edilib. Amma Avropa dövlətləri demokratik olmadığı üçün deyil, sadəcə, özlərinə sərf etmədiyi üçün referendumun nəticələrinə qarşı çıxırlar. Bu, Türkiyənin daxili işidir və dəyişiklik tam demokratik şəkildə baş verib. Amma Avropa dövlətləri həmişə bəyan etdikləri dəyərlərə xəyanət edərək qərəzli mövqe ortaya qoyur. Belə olmasaydı, demokratik, ədalətli, şəffaf şəkildə keçirilmiş referendumun nəticələrinin “azad” və “ədalətli” Türkiyəni “öldürdüyünü” deməzdilər. Onlar, sadəcə, güclü Türkiyə istəmədikləri üçün antidemokratik mövqe ortaya qoyurlar. Onlar Türkiyəyə təsir rıcaqlarını itirdikləri üçün xalqın iradəsini qəbul edə bilmirlər. Elə buna görə də bütün güclərini işə salaraq Türkiyəyə qarşı kampaniya aparırlar. Təəssüf ki, Avropa institutlarından biri olan AŞPA da simasını qoruya bilməyərək bu kampaniyanın alətlərindən birinə çevrilib. Qurum Türkiyəni yenidən monitorinq altında olan dövlətlər sırasına daxil edib. Burada məsələni aydın şəkildə izah etmək lazımdır - Türkiyə azad, demokratik şəkildə referendum keçirdiyi, xalqın iradəsi ilə konstitusiya dəyişikliyi qəbul etdiyi üçün cəzalandırılır! Yəni, Türkiyəni demokratik dəyərlərə sadiq qaldığı üçün cəzalandırırlar. Bu qərar AŞPA kimi qurumun nüfuzuna ciddi zərbə vurub. Rusiyalı senator Aleksey Puşkov Strasburqda baş verən son hadisələrə “Twitter” üzərindən reaksiya verib: “AŞPA, ancaq mənasız qətnamələrə möhür vuran marginal quruma çevrilib”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info