Son üç ayda 1190 nəfər Ermənistan vətəndaşlığından imtina edib
Tarix: 02.05.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər
İlin birinci rübündə doğulanların sayı ölənlərə nisbətən cəmi 497 nəfər artıq olub

Ermənistan iqtisadi-sosial problemlər məngənəsində batmaqda davam edir. Əhali tərəddüd içindədir. Belə görünür ki, ölkə məhvə doğru getməkdədir. Bu yaxınlarda Ermənistana səfər edən İngiltərənin nüfuzlu “The Quardian” nəşrinin əməkdaşlarının sözlərinə görə,ölkənin «kənd və şəhərlərində adam tapmaq, demək olar ki, problemdir. Sakinlərlə söhbət zamanı əhalinin əksər hissəsinin ölkəni tərk edərək xaricə üz tutduqları məlum oldu». Bu fikirlərin davamı olaraq Ermənistanın «Aykakan jamanak» qəzeti xəbər verir ki, 2017-ci ilin birinci rübündə 1190 nəfər Ermənistan Respublikasının vətəndaşlığından imtina üçün ölkənin Pasport- viza polis şöbəsinə müraciət edib. Faktın reallığını təsdiqləyən Pasport- viza polis şöbəsinini rəisi Mnasakan Biçaxçıyan qəzet əməkdaşlarına müraciətlərin neçəsinin razılıqla qarşılanacağına cavab verməkdə tərəddüd edib.

Ermənistan Respublikasının vətəndaşlığına qəbuledilmə və çıxarılmanın yalnız ölkə prezidentinin fərmanı ilə həyata keçirildiyini bildirən qəzet, ölkə vətəndaşlığına qəbuletmə və vətəndaşlıqdan çıxarılma üçün 6 ay müddətin müəyyən edildiyini bildirib.
Ermənistan saytlarının yazdığı başqa bir məlumatda isə bu ölkədə doğum səviyyəsinin getdikcə aşağı düşdüyü barədə məlumatlar yer alıb. Belə ki, ölkənin Milli Statistika Xidməti 2017-ci il aprelin 1-nə kimi Ermənistanda demoqrafik göstəriciləri dərc edib. Məlumata görə, Ermənistan əhalisinin ümumi sayı 2 milyon 981.5 min nəfərdir. Təbii ki, ölkə əhalisinin sayında azalmalar müşahidə edilməkdədir. Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistan əhalisi 12,9 min nəfər azalıb. Ölkə rəsmiləri bu azalmanın az hisəsini miqrasiya ilə əlaqələndirsələr də, reallıqda isə bu azalmalaırın mühüm hissəsi ölkədən rəsmi və ya qeyri-rəsmi şəkildə qaçanlarla bağlıdır. Ermənistan Statistika Xidməti bu ilin ilk üçü ayı ərzində doğum nisbətinin 6.5 faiz azaldığını, ölüm səviyyəsinin isə 3,8 faiz artdığını etiraf etmək məcburiyyətində qalıb.
Rəsmi statistikaya görə, əgər ötən ilin ilk üç ayı ərzində Ermənistanda doğulanların ümumi sayı 9125 nəfər təşkil etmişdisə, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 8534 nəfər təşkil edib. Ölənlərin sayı isə 7744 nəfərdən 8037-nəfərə qalxıb.
«Lragir» saytının verdiyi məlumata görə, bu müddət ərzində ölkədəki nikahların sayında da azalmalar (3826-dən 3544-ə qədər), boşanmaların sayında isə artmalar (851-dən 972-ə qədər) müşahidə edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
10.04.2018
Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
04.04.2018
“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
03.04.2018
“Birinci İnformasiya”: “Köhnə Ermənistanı məhv edib, yenisini yaratmayan Aprel müharibəsi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info