ASAN könüllüləri Bakı Şopinq Festivalında iştirak edəcəklər
Tarix: 02.05.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Bakı Şopinq Festivalı “ASAN Könüllüəri” Gənclər Təşkilatı (AKGT) ilə də əməkdaşlıq edir.
 
Festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) ilə AKGT arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum AKB ilə AKGT arasında əməkdaşlıq və partnyorluq münasibətlərini təmin etməklə, Azərbaycan gənclərində sağlam mühitin formalaşdırılması, gənclərin sağlam dəyərlərə əsaslanan fəaliyyətlərə cəlb olunması ilə onların müxtəlif mənfi təsirlərə məruz qalmamasına nail olmaq, gənclər arasında dövlət iqtisadiyyatına və turizm inkişafına marağın artırılmasını təmin etmək, Bakı Şopinq Festivalı üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.

Əməkdaşlıq proqramı çərçivəsində, birgə layihələrin, konfransların, seminarların təşkili də nəzərdə tutur. Azərbaycan Konqreslər Bürosunun həyata keçirdiyi yerli və beynəlxalq miqyaslı layihələrin, beynəlxalq tədbirlərin təşkilinə, qarşılıqlı razılıq əsasında “ASAN Könüllüəri” Gənclər Təşkilatı cəlb ediləcək.
 
Birgə əməkdaşlıq ASAN Könüllülərinin gənclərin iqtisadiyyat və turizm inkişafında təcrübə toplamaqları baxımından da əhəmiyyətli olacaq. Bakı Konqreslər Bürosunun ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri “ASAN Könüllüəri” Gənclər Təşkilatı tərəfindən dəstəklənəcək və qarşılıqlı razılaşdırılmış fəaliyyət istiqamətləri üzrə birgə tədbirlər həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info