İndoneziyalı səfir Quba soyqırımı məzarlığını ziyarət edib
Tarix: 03.05.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
Məzarlığı ziyarət edən səfirliyin nümayəndələri ermənilərin törətdiyi soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi qətlə yetirilib.
İndoneziyalı qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı bildirilib ki, bu kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Səfiri Hüsnan Bəy Fananinin başçılıq etdiyi nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara rayonun təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib. Görüşdə iki dost xalq arasındakı qarşılıqlı münasibətlərdən danışılıb.
Qeyd edək ki, bu gün Qubada Azərbaycan-İndoneziya biznes forumu keçirilir. İki ölkə arasında işgüzar əlaqələrin artırılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılan biznes 
Tural




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info