ƏƏSMN-nin elektron xidmətlərinə 4 milyona yaxın müraciət daxil olub
Tarix: 04.05.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə cari ilin aprel ayında 1 milyon 225 min 575 dəfə müraciət edilib ki, bu da ötən ilin müvafiq dövrü (637 674 müraciət) ilə müqayisədə 1,9 dəfə çoxdur. 
Nazirliyin e-xidmətlərinə müraciətlərin getdikcə artmasının səbəbi onların aidiyyəti dövlət xidmətlərindən hansısa məmura müraciət etmədən, real vaxt rejimində, müasir və şəffaf şəraitdə faydalanmağa imkan yaratmasıdır. Hazırda əmək münasibətlərinin rəsmiləşdirilməsi, pensiya və sosial sığorta münasibətləri, iş yerinə dair arayışın əldə olunması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması və s. üzrə e-xidmətlər əhalinin istifadəsindədir. Həmçinin ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə bütün xidmətlər avtomatlaşdırılmış sistemlər üzərindən elektron müstəvidə təqdim olunur, pensiyaların, işsizlik müavinətinin, sosial müavinətlərin, təqaüdlərin hesablanması üçün kalkulyator və s. üzrə e-xidmətlər fəaliyyət göstərir. 
Nazirlik tərəfindən əhaliyə elektron xidmətlərin dairəsi də getdikcə genişlənir. Cari il aprelin 1-dən məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi üçün yeni elektron sistem də istifadəyə verilib ki, bu sistemə ötən ay ərzində 330 211 dəfə müraciət olunması ona böyük sosial tələbin olduğunu göstərir.
Ümumilikdə cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 3 milyon 832 min 213 müraciət qeydə alınıb. Aidiyyəti sahələr üzrə avtomatlaşdırılmış sistemlərin genişləndirilməsi və bu əsasda yeni elektron xidmətlərin istifadəyə verilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info