“İş yerinə dair arayış” elektron xidmətinə 87 039 dəfə müraciət olunub
Tarix: 05.05.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə göstəricisi artmaqda davam edir.
Cari ilin aprel ayında vətəndaşlar bu e-xidmətə ötən ilin aprel ayı (13 739) ilə müqayisədə isə 68,2 faiz çox olmaqla, 23 115 dəfə müraciət ediblər. Ümumilikdə cari ilin yanvar-aprel aylarında “İş yerinə dair arayış” e-xidmətinə 87 039 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz çoxdur.
Elektron arayış sistemində aktuallığı ilə seçilən “İş yerinə dair arayış” e-xidməti istifadəçiyə onlayn rejimdə öz iş yerinə dair arayış əldə etməyə imkan verir və artıq bunun üçün vətəndaşın əmək fəaliyyətində olduğu müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə ehtiyac qalmır. Ondan istifadə qaydası da çox sadədir. Belə ki, istifadəçi “E-hökumət” portalında autenfikasiyadan keçdikdən sonra “İş yerinə dair arayış” e-xidmətini seçir və bundan sonra portal tərəfindən avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edə bilir. Arayışı çap edərək kağız şəklində və ya elektron qaydada arayış tələb olunan təşkilata göndərmək olar.
“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından fəaliyyət göstərir və cari ilin 01 may tarixinə qədər bu e-xidmətə 539 910 dəfə müraciət olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info