Mingəçevir və Qubada regional “ASAN Həyat“ kompleksləri istifadəyə veriləcək
Tarix: 08.05.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Cari il ərzində Mingəçevir və Qubada regional "ASAN Həyat" kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə 2 kompleksin inşasına başlanılması nəzərdə tutulur.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərbuatda dərc olunan məqaləsində bildirib.
İ.Kərimov qeyd edib ki, ilin sonunadək Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
İ.Kərimov əlavə edib ki, hazırda respublikada 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:
"ASAN xidmət" mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət təqdim edilir. Həmin xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən göstərilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan "ASAN Kommunal" mərkəzində "Azəri-qaz" İstehsalat Birliyi, "Azərsu", "Azər-işıq" ASC-lərinin 45 növ kommunal xidmətləri göstərilir. Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus və "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmət göstərilir. Nəticədə bu günədək "ASAN xidmət" mərkəzlərinə 14 milyondan çox vətəndaş müraciəti qeydə alınmışdır. 108 Çağrı Mərkəzində isə 1 milyon 600 mindən çox zəng cavablandırılıb”.
İ.Kərimov qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən "ASAN xidmət" qabaqcıl təcrübə kimi qiymətləndirilir və artıq bir çox dövlətlərdə bu model tətbiq olunur.
Onun sözlərinə görə, ölkə başçısının gənclər siyasətinə uyğun olaraq yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən artıq gənc "ASAN xidmət"in fəaliyyətinə könüllü qismində qoşulub. Onlardan 700-ü "ASAN kadr" portalı vasitəsilə işlə təmin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info