“Ən böyük arzum erməni faşizmi üzərində qələbə qazanmaqdır”
Tarix: 10.05.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər

Böyük Vətən müharibəsində 7368 nəfər ağdamlı alman faşizminə qarşı döyüşlərdə iştirak edib, onlardan 3600 nəfərdən çoxu həlak olub. Müxtəlif döyüş cəbhələrində vuruşaraq Vətənimizə sağ-salamat qayıdan veteranlardan biri Ağdam rayonunun Qaradağlı kənd sakini Əsgər Zeynalovdur.
Əsgər Zeynalov AZƏRTAC-ın müxbiri ilə söhbətində Böyük Vətən müharibəsi illərində keçdiyi döyüş yolundan bəhs edərək deyib: “1941-ci ilin oktyabr ayında, 17 yaşımda müharibəyə yollandım. Əvvəlcə bizi Mozdoka apardılar. Orada gedən döyüşlərdə yaralandım. Tbilisidə müalicə olunub yenidən cəbhəyə qayıtdım. Tağım komandiri kimi Kaluqa şəhərindəki döyüşlərdə iştirak etdim. Burada ikinci dəfə yaralandım. Müalicə olunduqdan sonra məni Karpat dağlarına göndərdilər. Döyüşlərdə ağır yaralanaraq Moskvada 4 ay müalicə olundum. 1944-cü ilin sentyabrında tərxis olunub Azərbaycana qayıtdım”.
Müharibənin yadigarı kimi bədənində 30-a qədər qəlpə gəzdirən Ə.Zeynalov yaralanması ilə bağlı bir əhvalat da danışdı. “Qolumdan yaralanmışdım. Yaram çox ağır idi. Həkim tibb bacılarına məni əməliyyata hazırlamağı tapşırdı. Tibb bacısı qolumun kəsiləcəyini bildirdi. Çox pis oldum. Həkim gələndə tibb bacısı dedi ki, yaralı musiqiçidir. Qolu kəsilsə tar çala bilməyəcək. Beləliklə də, qolumu kəsmədilər”, - deyə o bildirdi.
93 yaşlı Əsgər əminin 6 övladı, 60-dan çox nəvə, nəticə və kötücəsi var. Nəvə-nəticələrinə Böyük Vətən müharibəsi illəri ilə bağlı xatirələrini maraqla danışır.
Müharibə veteranlarına olan dövlət qayğısından razılığını ifadə edən Ə.Zeynalov dedi: “Müalicə olunmaq üçün hər il dövlət tərəfindən sanatoriyaya göndərilirəm. Təqaüd, eyni zamanda, Prezident təqaüdü alıram. Prezident İlham Əliyevlə iki dəfə görüşüm olub. Dövlət tərəfindən mənə minik avtomobili də verilib. Dövlətimizdən, prezidentimizdən çox razıyam”.
Ən böyük arzusunun erməni faşizmi üzərində qələbə qazanmaq olduğunu vurğulayan Böyük Vətən müharibəsi veteranı deyib: “Qələbə gününü səbirsizliklə gözləyirəm. Veteran təqaüdümdən qurbanlıq kəsdirib paylayacağam. İnanıram ki, həmin gün tezliklə gələcək”.
Mahmud

Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub

© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info