Şəhər və rayonlarda Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib
Tarix: 10.05.2017 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


232 min 448 ədəd ağac əkilib

Hər il 10 may - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Dövlət orqanlarına müraciət edən ayrı-ayrı təşkilatların və ictimaiyyət nümayəndələrinin bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə 2016-cı ildə Gül bayramının yeni formatda – ölkənin bütün şəhər və rayonlarında yaşıllaşdırma aksiyaları təşkil etməklə keçirilməsi barədə qərar qəbul olunub. Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramı və yaşıllaşdırma aksiyasında iştirak edib və ağac əkiblər. Builki yaşıllaşdırma aksiyası əsl ümumxalq kampaniyasına çevrilib, tədbirlərdə respublika üzrə 113 min 278 nəfər iştirak edib. Ümumilikdə, ölkənin şəhər və rayonlarında 232 min 448 ədəd ağac əkilib. Əkilmiş ağacların çeşidi geniş olub; 54 min 107 şam, 23 min 582 çinar, 10 min 77 qovaq, 21 min 742 söyüd, 10 min 422 zeytun, 8782 nar, 8189 akasiya, 16 min 471 ağcaqayın, 9785 göyrüş və s. əkilib. Yaşıllaşdırmada yerli iqlim şəraitinə uyğun ağac növlərinə üstünlük verilib, istifadə olunan bütün tinglər yerli təsərrüfatlarda yetişdirilib. Bakı şəhərində keçirilmiş aksiyada 4600 nəfər iştirak edib, 90 min kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılıb, 9 min ağac, habelə 10 min dekorativ ağac və gül kolları əkilib. Sumqayıtda 26 min 841, Gəncə şəhəri, Abşeron, İsmayıllı, Şəmkir, Neftçala rayonlarında 10 min, Yevlax şəhəri, Kürdəmir və Gədəbəy rayonlarında 7000-dən artıq, həmçinin Sabirabad, İmişli, Biləsuvar, Salyan rayonlarında 5000-dən çox ağac əkilib. Ümumilikdə, bütün şəhər və rayonları əhatə etməklə respublikanın bölgələrində keçirilmiş kampaniyada 108 min 678 nəfər iştirak edib və 232 min 448 ağac əkilib. Ümumxalq kampaniyası məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə də coşqu ilə keçib. Biləsuvar rayonu ərazisində cəbrayıllı köçkünlərin məskunlaşdığı və 11 qəsəbəni birləşdirən magistral yolun kənarında, laçınlı köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinin ərazisində, zəngilanlı köçkünlərin Masazır qəsəbəsi ərazisindəki yaşayış massivində və köçkünlərin məskunlaşdığı digər qəsəbələrdə yaşıllaşdırma aksiyaları təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info