Tailandda partlayışlar nəticəsində yaralananların sayı 61-ə çatıb
Tarix: 10.05.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər
Tailandın Pattani şəhərində supermarketin yaxınlığında baş verən partlayışlar nəticəsində azı 61 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayıcı qurğular yerli vaxtla təxminən saat 14:00-da azacıq zaman fərqi ilə işə düşüb.
Polisin məlumatına əsasən, partlayıcılardan biri yaxınlıqda dayanan motosikletdə, ikincisi isə avtomobildə quraşdırılıb. İnsident nəticəsində yaralanan insanların əksəriyyəti məktəb ləvazimatı almağa gələn uşaqlar və onların valideynləri olub. Hazırda 21 nəfər xəstəxanadan evə buraxılıb, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilib. Ölkənin müdafiə nazirinin müavini Udomdej Sitabutr partlayışlarda İŞİD qruplaşmasının əli olması ehtimalını istisna edib. Tailandın “kənar cənubunda” – Malayziya ilə sərhəddə yerləşən Narativat, Yalla və Pattani əyalətlərində 2004-cü ildən etibarən regionun muxtariyyətinə və ya Tailanddan ayrılmasına çalışan silahlılar fəaliyyət göstərir. Münaqişənin başladığı vaxtdan bəri regionda 5,8 min insan həyatını itirib. Ölkə əhalisinin əksəriyyətini buddistlər təşkil etdiyi halda, bu regionda əsasən müsəlmanlar yaşayır. Keçmişdə hər üç əyalət Siam (hazırda Tailand) və Britaniya Malayası (hazırda Malayziya) arasında bufer dövlət rolunu oynayan yarımmüstəqil Pattani sultanlığının tərkibində idi. Sonradan XX əsrin əvvəllərində bir sıra sazişlər nəticəsində bu bölgələr Siam dövlətinin ərazisinə daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
Misirdə xristianlara hücum
25.05.2017
Türkiyədə dörd əsgər və bir gözətçi həlak olub
22.05.2017
Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 15 dinc sakin ölüb
19.05.2017
29 polis QARƏT OLUNDU 29 polis qarət olundu
17.05.2017
Əfqanıstanda dövlət telekompaniyasının yaxınlığında partlayış törədilib

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6557

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info