“Güzəştli mənzil almaq hüququna malik olan insanların kateqoriyası genişlənə bilər”
Tarix: 10.05.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“MİDA yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq”

“Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən reallaşdırılan "Yasamal Yaşayış Kompleksi" layihəsinin tikintisi sürətlə davam edir. Bununla yanaşı, bilirsiniz ki, Hövsan qəsəbəsində MİDA-ya 20 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə baş planın hazırlanması tam başa çatdırılıb, bu yaxınlarda işçi layihənin hazırlanmasına başlanılacaq". Bunu MİDA-nın direktoru Samir Nuriyev bildirib. Onun sözlərinə görə, plana əsasən, Hövsan qəsəbəsində 3000-ə yaxın mənzilin tikintisi nəzərdə tutulub: "Həmin ərazidə sosial və məişət infrastrukturu da qurulacaq. Bununla yanaşı, digər layihələr üzrə də işlər aparılır və istənilən yenilik barədə ictimaiyyət məlumatlandırılacaq. Martın ayının 10-dan etibarən Bakıda və Sumqayıtda yerləşən "ASAN xidmət" mərkəzilərinə güzəştli şərtlərlə mənzil almaq istəyən 32 mindən artıq vətəndaş müraciət edib, onlardan 17-18 mini müvafiq kateqoriyaya daxil edilmiş şəxslərdir. Həmin şəxslər tam bərabər hüquqlara malikdir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan şəxslər eyni zamanda "Azərbaycan İpoteka Fondu" ASC-nin təklif etdiyi güzəştli ipotekadan da yararlana bilirlər”. MİDA rəhbəri onu da bildirib ki, gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər: "Təbii ki, bir dövlət qurumu olaraq biz öz təkliflərimizi verə bilərik. Biz ilkin qeydiyyatın gedişatını izləyirik. Qeydiyyat başa çatdıqdan sonra biz artıq elektron bazaya malik olacağıq. Məhz bu siyahının təhlili aparıldıqdan sonra biz kateqoriyaları genişləndirə bilərik". Samir Nuriyev bildirib ki, MİDA yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq: "Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır. Sistem "e-gov.az" "elektron hökumət" portalında yerləşdiriləcək. Bununla yanaşı, "ASAN xidmət"in Bakıda yerləşən 1, 2, 3 saylı və "Sumqayıt" mərkəzləri prosesə qoşulacaq. Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və "elektron kabinet"lərin yaradılmasına başlanılacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info