Pulsuz gəzən turistlər Azərbaycanda
Tarix: 11.05.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Pul xərcləmədən beş aydır səyahət edən çexiyalı turistlər Azərbaycana gəlib. Çexiyadan səfərə başlayan Kristina Çvojkova və Vajteç Bryanaç avtostopla hərəkət edirlər. Beş ay ərzində artıq 8 ölkəni gəziblər. On gündən çoxdur Azərbaycanda olan turistlər ölkəmizə İrandan gəliblər.
AZƏRTAC xəbər verir ki, respublikamızla tanışlığa Astara rayonundan başlayan çexiyalılar Lənkəran, Qobustan, Bakı, Siyəzən, Quba və Xaçmazda olublar. Onlar səyahətləri boyu nəqliyyatla yanaşı, gecələmək üçün də pul xərcləmirlər. Belə ki, Kristina və Vajteç özləri ilə daşıdıqları çadrlarda gecələyirlər.
Vajteç Bryanaç Azərbaycanda ilk dəfə olduqlarını bildirərək deyib: “Azərbaycan haqqında bir neçə filmə baxmışdım. Burada olduğum müddətdə palçıq vulkanları, yanar su və başqa maraqlı yerlər gördüm. Hər gün yeniliklə qarşılaşırıq. Səfər təəssüratlarımı dostlarımla bölüşəndə Azərbaycan haqqında xoş sözlər söyləyəcəm”.
Kristina Çvojkova da Azərbaycanı cəlbedici ölkə sayır. “Azərbaycan haqqında əvvəl çox şey bilmirdik. Buranın gözəl təbiəti, dağları bizi heyran etdi. Qobustanda qayaüstü rəsmləri gördük. Yerli sakinlərlə tanış oluruq, onlarla ünsiyyət qurmağa çalışırıq. İnsanların bizə münasibəti çox gözəldir”, - deyə çexiyalı turist təəssüratlarını bölüşüb.
Çexiyalı turistlərin Azərbaycanda səyahəti hələ bir həftə də davam edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info