“Bu mətbəə Azərbaycanda, hətta regionda ilk dəfə qurulub”
Tarix: 11.05.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) Brayl nəşrləri informasiya resurs mərkəzində nəşriyyatın bərpadan sonra açılış mərasimi keçirilib. Tədbirdə cəmiyyətin sədri Simyar Abdullayev bildirib ki, görmə imkanları məhdud şəxslər üçün müyəssər formatlı nəşrlərin hazırlanması məqsədilə Küveyt dövləti tərəfindən Gözdən Əlillər Cəmiyyətinə müasir standartlara cavab verən poliqrafiya avadanlıqları hədiyyə edilib. Cəmiyyətin nəşriyyatının bərpa edilərək yenidən istifadəyə verildiyini deyən S.Abdullayev qeyd edib ki, burada 12 nəfər görmə imkanları məhdud şəxslərin məşğulluğu təmin ediləcək: “Əldə edilən mənfəət görmə imkanları məhdud şəxsləri dərslik və digər kitablarla təmin etməsi ilə yanaşı, onların məşğulluq problemlərinin həllinə və ağır vəziyyətdə olan cəmiyyət üzvlərinə maddi yardımın göstərilməsinə dəstək olacaq. Bura yalnız görmə imkanları məhdud şəxslər üçün deyil, həm də ümumi nəşriyyat kimi fəaliyyət göstərəcək”.

Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi bildirib ki, hər iki ölkə arasında elmi, mədəni, dini əlaqələr mövcuddur. Onun sözlərinə görə, Küveyt indiyə qədər də Azərbaycanda belə layihələr həyata keçirib: “Bu dəfə gözdən əlillər üçün yeni mətbəə təşkil edilib. Belə bir mətbəə Azərbaycanda, hətta regionda ilk dəfə qurulub”.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info