“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi
Tarix: 11.05.2017 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinin II hissəsinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir. Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirakı ilə keçirilən təlimdə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov gənclərə uğurlar arzu edib. Maarifləndirmə məqsədi ilə həyata keçirilən layihənin gənclərin gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib.
Təlimçi Kamal Əhmədov iştirakçıları təlim haqqında məlumatlandıraraq, təlimin məqsədi, təlimdən gözləntilər, qızıl qaydalar, biznes ideyanı seç, marketinq, bazar araşdırılması, satışın müəyyən edilməsi, alış və tədarük planının, investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri, işçilərin seçilməsi haqqında ətraflı məlumat verib.
Təlimlər 4 gün davam edəcək. Təlimləri uğurla başa vuran gənclərə sertifikartlar təqdim olunacaq.

Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info