UNEC-in tələbə və müəllimləri beynəlxalq mübadilə proqramlarında
Tarix: 13.05.2017 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


UNEC 2016/17-ci tədris ilində Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində Avropanın 12, Türkiyə Respublikası Hökumətinin maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə isə qardaş ölkənin 40-dan çox universiteti ilə tələbə və müəllim mübadiləsi imkanları təklif edir.
Son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak hüququ qazanan tələbələrin sayı 6 dəfəyə yaxın, müəllimlərin sayı isə 4 dəfədən çox artıb. Bu tədris ilində UNEC-in ümumilikdə 72 tələbəsi mübadilə proqramlarından faydalanıb. Bu, 2013/14-cü tədris ilindəki müvafiq göstəricidən 4 dəfə çoxdur. Onlardan 28 tələbə “Erasmus+” proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universiteti, Rumıniyanın Babeş-Bolyai Universiteti, Türkiyənin Anadolu və Orta Doğu Texniki Universitetləri, Fransanın CEFAM və Montpellier Universitetləri, Niderlandın Vrije Amsterdam Universiteti, Polşanın Lodz Universiteti və Litvanın Mikolos Romeris Universitetində bir və ya iki semestr təhsil almaq üçün seçilib. İlk dəfə olaraq, “Erasmus+” proqramı çərçivəsində Almaniya, Rumıniya və Türkiyədən olan 6 tələbə UNEC-də bir semestr təhsil alıb. UNEC-in 6 bakalavrı və 1 magistri “Mevlana” proqramı çərçivəsində Türkiyənin YÖK (Yüksek Öğretim Kurulu) təqaüdünü qazanaraq, Gazi, Sakarya, Anadolu, İstanbul Aydın və İzmir Katip Çelebi Universitetlərində mübadilədə iştirak ediblər. Eyni zamanda, “Mevlana” proqramı çərçivəsində İstanbul Universitetinin 1 tələbəsi UNEC-də bir semestr təhsil alıb. “Erasmus+” proqramı çərçivəsində UNEC-in 21 professor, müəllim və inzibati heyət üzvü Fransanın CEFAM Universitetində, Polşanın Poznan İqtisad və Biznes Universitetində, Türkiyənin Anadolu Universitetində, Rumıniyanın Babes-Bolyai Universitetində və Macarıstanın Dunaujvaros Universitetində mühazirələr oxumaq və təcrübə mübadiləsində iştirak etmək üçün dəvət alıb. Bu, UNEC tarixində rekord göstəricidir. Həmçinin tədris ilində “Erasmus+” proqramı çərçivəsində Fransanın CEFAM və Montpellier Universitetlərinin, Polşanın Poznan İqtisad və Biznes Universitetinin, Macarıstanın Dunaujvaros Universitetinin və Litvanın Mikolos Romeris Universitetinin 10 professor, müəllim və inzibati heyət üzvü UNEC-də mübadilədə iştirak edib. Onlar oxuduqları mühazirələrlə UNEC-in tədris prosesinə aktiv qoşulub, UNEC müəllim, tələbə və inzibati heyət üzvlərinin iştirak etdiyi dəyirmi masalara qatılıblar. Ümumilikdə, son iki il ərzində “Erasmus+” proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrinin 20-dən artıq əməkdaşı UNEC-də “qonaq professor” qismində səfərdə olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info