Yüz əlil istirahət mərkəzinə göndərilib
Tarix: 15.05.2017 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il üçün də əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və bu təbəqədən olan 100 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliyi olan şəxslərin istirahətə göndərilməsi nazirliyin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
 
Proqramda cari il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi də yer alıb. Əvvəlki illərdə də bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Bu il isə 1 100 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərində mənalı istirahətinin təşkil edilməsi planlaşdırılır.
 
Qeyd olunan Proqramda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində müalicə olunmalarına köməkliyin göstərilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin həyata keçirilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi və s. tədbirlər də nəzərdə tutulub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info