“Gənclər məntiqli və faydalı layihə ətrafında toplanmalıdırlar”
Tarix: 15.05.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər
Rusiyanın Şimal paytaxtında, Sankt-Peterburqda milli diasporumuzun fəaliyyəti özəlliyi ilə seçilir. Burada əsas məqam ondan ibarətdir ki, Sankt-Peterburqda Azərbaycan diasporunu vaxtilə bizim ziyalılar yaradıblar. Bu gün də Sankt-Peterburqdakı ziyalılarımızın nəzər-diqqəti diasporun üstündədir.
Qeyd edək ki, Sankt-Peterburqdakı diasporumuzun fəaliyyəti ölkə başçısı səviyyəsində də yüksək qiymətləndirilir. Hələ 2005-ci ildə 9-cu Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edən Prezident İlham Əliyev Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşündə buradakı soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirmişdi: “Mən çox şadam ki, Sankt-Peterburqda diaspor çox fəaldır, çox gözəl işlər görür və onun fəaliyyəti Peterburqun rəhbərliyi tərəfindən də bəyənilir”. Prezident, həmçinin qubernatorun, yerli orqanların da bizim diasporun nümayəndələrinə böyük hörməti olduğunu vurğulayıb: “Mən əminəm ki, siz bundan sonra da yaxşı yaşayacaqsınız. Sankt-Peterburqda yaxşı işlər görəcəksiniz. Bütün burada səslənən fikirlərə mən də qoşuluram. Burada məktəblər fəaliyyət göstərməlidir ki, bizim uşaqlarımız ana dilini unutmasınlar, öyrənsinlər, mükəmməl bilsinlər. Eyni zamanda Azərbaycanı təmsil edən mədəniyyət mərkəzləri, ölkəmizi təcəssüm etdirən digər infrastruktur yaradılır”.
Diasporun əsas sütunu ziyalılardır. Sankt-Peterburda yaşayan Azərbaycan ziyalıları da diaspor işində fəaldırlar. Sankt-Peterburqdakı ziyalılarımızdan İmanov H.M. Abbasov R.Y. Məsimov S.M. Qarayev N.A. və başqalarının adını çəkmək olar.
Sankt-Peterburda diasporun inkişafında gözəl ziyalımız, Smolnı İnstitutunun rektoru Heydər İmanovun da böyük zəhməti var. Mayın 15-də Heydər İmanovun 74 yaşı tamam olur. Doğum günündə qocaman diaspor üzvündən qısa bir müsahibə aldıq. Qeyd edək ki, Heydər İmanov 1944-cü ildə Qubadlı rayonunda anadan olub. 1953-cü ildə Bakıya köçüb. 1963-cü ildə Bakı Texnoloji Texnikumunu bitirdikdən sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburqa gedib. 1986-cı ildən 1992-ci ilə kimi Azərbaycanda yaşayıb. Bu dövrlər ərzində Gəncə Çini Qablar Zavodunda baş direktor vəzifəsində çalışıb. 10 il müdafiə sənayesi sahəsində işləyib. Texnika elmləri doktorudur. 2004-cü ildən Sankt-Peterburq Smolnı İnstitutunda fəaliyyətə başlayan akademik Heydər İmanov hal-hazırda həmin institutun rektorudur. O, eyni zamanda 2011-ci ildə yaradılan “Sank-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının ilk sədri olub. Sankt-Peterburqda Azərbaycan icmasının ağsaqqalıdır.
-Siz Azərbaycan diasporunda seçilən alimlərdənsizniz. Hazırda bir alim olaraq hansı elmi araşdırmalarla məşğulsuz?
- Fəlsəfə sahəsində təhsil və tədris üzərində araşdırmalarla məşğulam.
-Sankt-Peterburda yaşayan Azərbaycan ziyalıları diaspor işində nə dərəcədə fəaldırlar?
-Azərbaycan ziyalısı ən fəal, ən dəyərli, uzaqgörənliyi ilə fəaldır.
- Orada azərbaycanlılar diaspor quruculuğu işində, eləcə də diaspor tədbirlərində fəal iştirak edirlərmi?
-Təbii ki, Azərbaycan ziyalısı Azərbaycan adı olan hər şeyi sevərək, istəyərək edir. Soydaşlarımız gərəkən zamanlarda istər mənəvi, istərsə də maddi dəstəklərini heç bir zaman əsirgəmirlər.
-Rusiyadakı Azərbaycan diasporunun əsas problemləri kimi nələri qeyd edərdiniz?
- Diaspor təşkilatına rəhbərlər aşağıdan yuxarı seçilməlidir. Demokratik mərkəzləşmə sistemi yaranmalıdır.
-Diasporu bir araya gətirmək üçün hansı addımlar atılmalıdır?
- Diasporu bir araya gətirmək üçün gənclər məntiqli və faydalı bir layihə ətrafında toplanmalıdırlar. Gənclərin hər birini bir maraq sahibi etmək lazımdır ki, həm həvəslə işləsin, həm də verdiyi zəhmətin qarşılığını görsün.
-Yaşlı diaspor üzvü olaraq gənclərə nə kimi dəstək verirsiz?
-Gənclərin bütün işlərində iştirak edirəm və onlara hər bir işdə gərək olduğunda dəstək oluram. Çünki gənclər Azərbaycanın gələcəyidir. Onlara çətinliklərdə təməlli çıxış yolları göstərmək lazımdır.
-Gənclərə nə tövsiyə edirsiz?
- Öncə gəncləri səbirli olmağa çağırıram. Heç kimi incitməyib, heç kimdən inciməsinlər. Həyat belə daha rahat və sevimli olur. Azərbaycan xalqı çalışqan, zəhmətsevən bir xalqdır. Gənclərə demək istəyirəm ki, hər gün 18 saat işləsələr həyatda mütləq yaxşı bir nəticə əldə edəcəklər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
01.08.2017
Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7143

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info