Komitə ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə əlaqədar bəyanat yayıb
Tarix: 16.05.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə əlaqədar bəyanat verib.
 
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilib ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiasına əsasən, bu ölkənin Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qarşılanıb.
 
Bəyanatda qeyd edilir ki, Azərbaycanın müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin etmiş və bununla da ədalətsizliyə yol verib. Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq, bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir: “Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər. Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq, bir daha vurğulamağı vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini yaradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər. Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət qurumlarının, habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. ÜAK-ın bütün qurultayları, toplantıları Rusiyanın müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilib. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülüb. Buna görə də məhkəmənin qərarında göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar var”.
 
Dövlət Komitəsi diqqətə çatdırıb ki, məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, ÜAK Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq: “ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info