“Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb”
Tarix: 16.05.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər
Mais İbadov: “Özbəkistan komandasının yarışların təşkilatçılığı ilə bağlı təəssüratları çox müsbətdir”

“IV İslam Həmrəyliyi Oyunlarının açılışı çox yüksək səviyyədə təşkil edilmişdi. Açılışın bu səviyyədə keçirilməsi mənim üçün gözlənilməz idi. İdmançıların təntənəli yürüşünü həyəcan və sevinclə izlədim. Deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilati məsələləri də çox xoşuma gəldi. Bəlkə də Azərbaycandakı kimi İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə açılışı təşkil olunmayıb”. Bu fikirləri Özbəkistan və Azərbaycanda tanınmış güləşçi, aktiv diaspor üzvü Mais İbadov qəzetimizə bildirdi.
M.İbadov dedi ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb: “Yüksək təşkilatçılığa və hazırlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Artıq iki gündür ki, gedib yarışları izləyirəm. Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərin də aktivliyi hiss olunur”.
Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycana həvalə edilməsi dövlətimizin idman tarixinə növbəti uğur kimi yazılacaq: “Azərbaycan hələ 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə öz gücünü bir daha sübut etdi. Bu cür mötəbər yarış Azərbaycana böyük imic qazandırdı. IV İslam Həmrəyliyi Oyunları da bu işin davamıdır. Artıq yenə də bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Belə yarışlar idmançıların məsuliyyətini artırır. İnanıram ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcək”.
M.İbadov Özbəkistan idmançılarının da yarışlardan çox razı qaldıqlarını bildirdi: “Özbəkistan idmançıları ilə görüşdüm. Onların fikirlərini öyrəndim. Hətta idmançılar Özbəkistandan mənim üçün də idman geyimi gətiriblər ki, onlara mənəvi dəstək olum. Özbəkistan komandasının yarışların təşkilatçılığı ilə bağlı təəssüratları çox müsbətdir”.
Tanınmış güləşçi onu da əlavə etdi ki, Özbəkistan idmançıları yarışlara çox yaxşı hazırlaşıblar: “Komanda yarışlara hazırlıqlı gəlib. Ümumi olaraq İslam Həmrəyliyi Oyunlarında Özbəkistandan 100-ə yaxın idmançı iştirak edir. Onlardan 8-i sərbəst güləş üzrə yarışacaq. Bütün idmançılar Özbəkistanda yüksək nəticələr göstəriblər. Onların arasında Olimpiya Oyunlarında (İxtiyar Novruzov, Beqzad Abdulrahmanov və s.) iştirak edənlər də var. İdmançıları Səlim Abdulvəliyev, Şoxrat, Aleksandr İvanoviç və s. məşqçilər yarışlara hazırlayır. Hər bir idmançıya uğurlar arzu edirəm. Kim güclüdürsə, o qalib gəlsin”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
“Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”
21.02.2018
ABŞ Rusiya ilə münasibətlərdə sərtliyi davam etdirəcək
21.02.2018
Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat dəhlizidir
21.02.2018
BMT Afrindəki əməliyyatı dayandırmağa çağırıb
20.02.2018
Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8452

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info