Kurts ATƏT sədrliyindən daxili siyasət üçün sui-istifadə etməkdə ittiham olunur
Tarix: 17.05.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


2017-ci ildə Avstriya ATƏT-ə sədrlik etdiyinə görə ölkənin xarici işlər naziri Sebastian Kurts bu beynəlxalq təşkilatda sədrlik funksiyasını həyata keçirir.
Mayın 14-də S.Kurtsun Avstriya Xalq Partiyasına rəhbər seçilməsi və bununla əlaqədar koalisiyalı hökumətin istefaya getmə ərəfəsində olması ilə əlaqədar Avstriyanın birinci diplomatı daşıdığı vəzifələr və onların icrası ilə bağlı tənqid atəşinə tutulub. İsveçrəli ekspert, Sürix Federal Texnologiya İnstitutunun Təhlükəsizlik Tədqiqatları Mərkəzinin əməkdaşı Kristian Nünlist Avstriyanın “Ö1” radiosuna verdiyi müsahibədə bildirib ki, S.Kurts ATƏT-i öz “seçki mübarizəsi üçün səhnə”yə çevirib. O bildirib ki, kənardan müşahidə edərkən lap əvvəldən sədrliyin əsas diqqətinin daxili siyasətə yönəldiyi təəssüratı yaranır. Avstriyanın terrorizmə qarşı mübarizəni sədrlik dövrü üçün əsas prioritetlər sırasına daxil etməsi də miqrasiya məsələlərində sərt mövqe tutan Sebastian Kurtsun siyasi mövzuları ilə üst-üstə düşür. Bütün bunlar isə konsensus, ortaq məxrəc, vasitəçilik kimi prinsiplərə söykənən ATƏT-in dəst-xəttinə uyğun gəlmir. Eyni zamanda, Avstriyanın daxili siyasətindəki hazırkı vəziyyət və S.Kurtsun Avstriyanın vitse-kansleri seçilmə ehtimalı da onun ATƏT sədri qismində öz vəzifə səlahiyyətlərini icra etmək imkanında olacağını sual altına qoyub. Ekspertlər və diplomatik dairələr S.Kurtsun öz ölkəsindən olan yüksək ranqlı başqa bir diplomatla ATƏT-in fəaliyyətdə olan sədri qismində əvəzlənməsi o qədər də sadə prosedur olmayacağı qənaətindədirlər. Bununla belə, ekspertlər Şərqi Ukraynadakı ATƏT müşahidə missiyasının mandatının uzadılması və gücləndirilməsinin Avstriya sədrliyinin uğuru olduğunu da qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
İranın sabiq vitse-prezidenti həbs edildi
05.12.2020
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
04.12.2020
BMT: 2021-ci ildə dünyanı fəlakət gözləyir
04.12.2020
Dünyada ‘‘Covid-19’’la bağlı son vәziyyәt
04.12.2020
“DQR“in müstəqilliyini tanımayacaq...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info