«İpək yolu» ilə bağlı Hindistanın narahatlığı…
Tarix: 17.05.2017 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


«Çinlə Pakistan arasında iqtisadi dəhlizin tikintisi Kəşmir məsələsində Çinin nisbi mövqeyinə heç bir təsir göstərməyəcək». Bu fikirləri Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xua Çunin Hindistan nümayəndələrinin də qatıldığı «Bir kəmər-bir yol» forumunda bildirib. Qeyd edilməlidir ki, Hindistan dövləti «Bir kəmər-bir yol» təşəbbüsünün tənqidçisi kimi çıxış etməklə, Çin-Pakistan iqtisadi dəhlizinin İslamabad tərəfindən idarə edilən Qilqit- Baltistan ərazisini də əhatə etməsinə narazılıq nümayiş etdirir. Xatırladaq ki, Kəşmir vilayətinin ərazisi kimi tanınan Qilqit- Baltistanın İslamabad tərəfindən nəzarət edilməsinə qarşı çıxan Dehli bu regionu öz ərazisi sayır.
Forum zamanı «Bir kəmər-bir yol» tikintisini dünya yolu kimi təqdim edən Xua Çunin deyib: «Bütün ölkələr bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət etməlidir. Bu mənada, fundamental maraqla bağlı narahatlıq Hindistan tərəfi üçün cavab olacaq. Çin dövləti də Hindistanın Kəşmir məsələsi ilə bağlı narahatlığını anlayır».
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi əminliklə layihənin reallaşmasının Kəşmir məsələsi ilə bağlı Pekinin mövqeyinə heç bir təsir etməyəcəyini bildirib.
Hindistan tərəfindən anlamlı dialoq gözlədiyinə ümidvar olduğunu bildirən Çin tərəfi müsbət cavab gözlədiyini və Hindistanın da «Bir kəmər-bir yol» təşəbbüsünə qoşulmasını alqışlayacaqlarını bəyan edib.
Xatırladaq ki, ötən gün Pekində ilk forumunu başa vuran «Bir kəmər-bir yol» təşəbbüs layihəsində 30-dan artıq dövlət başçısı, o cümlədən Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Qeyd edək ki, foruma Hindistan tərəfdən heç bir rəsmi nümayəndə qatılmayıb. «RTİ» agentliyinin məlumatına görə, forumda Hindistan tərəfdən yalnız kiçik bir elm adamı iştirak edib. Bundan bir müddət əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Qopal Baqlay ölkəsinin forumda iştirakı barədə sualı birbaşa cavablandırmaqdan imtina etmişdi. Ölkəsinin mövqeyindən çıxış edən Hindistan rəsmisi nəqliyyat infrastrukturunun hamılıqla qəbulunu beynəlxalq normalara uyğun əsaslanlandıraraq, Hindistanda narahatlıqla qarşılanan Çin təşəbbüslərinin tamhüquqlu dialoq əsasında müzakirə olunmasına tərəfdar olduğunu bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
15.11.2019
Qazaxıstanda “Talas Qurultayı: tarixdən ibrət“ beynəlxalq konfransı keçirilib
15.11.2019
“Joxovurd”: “Ermənistanda kənd təsərrüfatının tənəzzülü davam edir”
15.11.2019
Ermənistanda işçilərin məhsuldarlığı çox aşağıdır
15.11.2019
“Ruslar Belarusda daha yaxşı yaşayır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info