Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Venesiya Biennalesində təmsil olunur
Tarix: 17.05.2017 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Azərbaycan, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 57-ci Venesiya Biennalesi - Beynəlxalq İncəsənət Sərgisində iştirak edir. “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb.
Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə edir. Azərbaycanda müxtəlif xalqlar və etnik qruplar, dini konfessiyalar əsrlərdir ki, sülh və dostluq şəraitində yaşayırlar. Burada müxtəlif dil və mədəniyyətlərin eyni səviyyədə qəbul olunması, multikultural, çoxdinli mühitdə harmoniya və bərabərlik şəraitində yaşamaq mədəniyyəti təbliğ olunur. Sülhsevər mədəni mübadilə və gözəl Şərq qonaqpərvərlik ənənələrinin qorunub saxlanılması bu ərazidə yaşayan insanların əsas prinsiplərindən biridir. Bu isə qloballaşma, etnik münaqişələr, dözümsüzlük və təcavüz əsrində bir möcüzədir. Sərgidə “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olunur. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim edirlər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırır. Sərginin kuratoru Viktoria və Albert Muzeyinin keçmiş direktoru, professor Martin Rotdur. Xatırladaq ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir. Azərbaycan bu beynəlxalq incəsənət sərgisində 2007-ci ildən iştirak edir və bu il artıq 6-cı dəfədir Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 26-dək açıq olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türkiyənin keçmiş Baş Qərargah rəisi vəfat edib
21.11.2019
Gürcüstanda ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21.11.2019
Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info