Amerika yəhudi icması Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırır
Tarix: 17.05.2017 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib. Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn ulu öndər Heydər Əliyev ilə görüşünü və Ümummilli Liderin onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırlayıb.
O, Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb. Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əmin-amanlıq şəraitində yaşayır. Söhbət zamanı Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, hazırda Bakıda İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi və yüksək səviyyədə təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə ölkəmizin töhfəsi kimi dəyərləndirilib, Azərbaycanda multikulturalizm mühitinin təmin olunmasının əhəmiyyətindən danışılıb və bu istiqamətdə görülən tədbirlərin maraqla izlənildiyi qeyd olunub. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
İstifadəçilər “İnstagram“dakı nasazlıqlardan şikayət edirlər
13.11.2019
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir
13.11.2019
Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info