“Regionlardan vergi daxilolmaları 16 dəfə artıb”
Tarix: 17.05.2017 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


"Regionların inkişaf etdirilməsi ilə bağlı 2004-cü ildən başlanılmış siyasətin davamı olaraq təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni müəssisələrin və iş yerlərinin yaranmasına, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olub. Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırmalıdır". Bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov deyib.
 
Onun sözlərinə görə, regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, regionlardan büdcə daxilolmalarının artmasına imkan verib: "Xüsusi olaraq vurğulamaq lazımdır ki, regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və 1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 mln. manat təşkil edib. Halbuki Dövlət Proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 mln. manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artıb".
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
05.12.2019
Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05.12.2019
DGK nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib
05.12.2019
“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib
05.12.2019
Gənc Sahibkarlar Forumu keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info