Azərbaycanda ən aşağı kredit faiz dərəcəsi Naxçıvanda qeydə alınıb
Tarix: 17.05.2017 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Real sektorun inkişaf etdirilməsi məqsədilə maliyyələşdirmə mexanizmini uğurla həyata keçirən muxtar respublikanın bank sektoru təklif olunan kreditlərə ən aşağı faiz dərəcəsini tətbiq etməklə ölkənin digər regionlarını geridə qoyub.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən bildirilib ki, bu ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 9 faiz təşkil edib. Bu göstərici Bakı şəhəri də daxil olmaqla, ölkənin digər regionlarında verilmiş kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcəsidir. Belə ki, Aran iqtisadi rayonunda bu göstərici 22,2 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda 21,8 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 21,6 faiz, Lənkəran iqtisadi rayonunda 21,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 19,2 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 19,1 faiz, Yuxarı Qarabağ iqtisadi rayonunda 17,4 faiz, Abşeron iqtisadi rayonunda 15,9 faiz, Bakı şəhərində 9,1 faiz təşkil edib. Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi isə 2017-ci ilin 1 aprel tarixinə 10,6 faiz olub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub
26.11.2020
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq
26.11.2020
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
26.11.2020
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
26.11.2020
Polşa “Cənub Qaz Dəhlizi“nin gələcək inkişafını dəstəkləyəcək - Səfir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info