“Komanda idman növlərində medal qazananların əyarına uyğun mükafat ümumi komandaya veriləcək”
Tarix: 17.05.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


“Kompleks yarışlarında gərginlik yüksək səviyyədə olur. Belə yarışlarda elə ab-hava olur ki, bəzən ən güclü idmançı ilk görüşdəcə uduzur, bəzən isə heç kimin gözləmədiyi biri qızıl medal qazanır”. Bu sözləri gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
 
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının geridə qalan günlərinin hesabatı ilə bağlı mətbuat konfransı təşkil edilib. Əsas Media Mərkəzində keçirilən tədbirdə çıxış edən nazir idmançılar arasında gərgin mübarizənin olmasının onları sevindirdiyini bildirib.
 
Azad Rəhimov 28 ölkə nümayəndələrinin yarışda medal qazanmasını müsbət qiymətləndirib. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışına da toxunan Əməliyyat Komitəsinin baş icraçı direktoru bu gün start götürən güləş yarışlarındakı çıxışdan çox şey asılı olduğunu vurğulayıb: “Yarışa qatılan ölkələrin komandalarından 60 faizi medal qazanıbsa, bu, mübarizənin gərginliyindən xəbər verir. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışı barədə konkret proqnoz vermək çətindi. Çünki onlar da bura güclü idmançılarla gəliblər. Bu gün start götürən güləş yarışlarında güclü pəhləvanlar çıxış edəcəklər. İran, Türkiyə, Özbəkistan, Qazaxıstan ən yaxşı güləşçilərini gətiriblər. Hansı ki, həmin idmançılar dünya və Avropa çempionatlarında da bizim güləşçilərlə qarşılaşıblar”.
 
Birdən çox medal qazanan idmançılara nəzərdə tutulan mükafatın tam ödəniləcəyini söyləyən nazir komanda şəklində medal alanların mükafat məbləğinə də aydınlıq gətirib: “Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz. Komanda idman növlərində medal qazananların əyarına uyğun mükafat ümumi komandaya veriləcək”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsini yaşayır
19.11.2019
Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib
19.11.2019
ADRA əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib
19.11.2019
DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info