Balqabaq tumlarının inanılmaz faydaları
Tarix: 17.05.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Balqabaq tumları müalicəvi məhsul sayılır.
- Bu tumların tərkibində olan maddə orqanizmdə yaşayan qurdları öldürür. Hər gün 1 ovuc balqabaq tumları yeyən insan öz orqanizmini qurdlardan təmizləyə bilər. Uşaqlara da balqabaq tumları vermək olar.
- Balqabaq tumları orqanizmin bir çox funksiyalarında iştirak edən sink mineralı ilə zəngindir. Sink dərimizin və saçlarımızın sağlamlığı üçün olduqca önəmlidir. Bu səbəbdən əgər sizdə saç (saçların tökülməsi, zəif, cansız saçlar, kəpək) və dəri problemləri (civzələr, sızanaqlar) varsa, mütləq balqabaq tumları yeyin.
- Sink kişilər üçün ən vacib minerallardan biridir. Sink prostatın sağlamlığını qoruyur, prostatitin və prostat vəzinin adenomasının profilaktikasıdır.
- Balqabaq tumlarının tərkibində güclü antioksidantlar olan A və E vitaminləri var. Bu vitaminlər orqanizmdə gedən qocalma prosesləri ləngidir və bu səbəbdən onları "cavanlıq vitaminləri" adlandırırlar.
- Balqabağın tərkibində damarların sağlamlığını qoruyan "arginin" adlı aminturşusu var.
- Balqabaq tumları pis xolesterinin səviyyəsini aşağı salır.
- Balqabaq tumları insanın immun sisteminə çox müsbət təsir edir. Bu tumlardan immuniteti gücləndirən xüsusi təbii vasitə hazırlamaq olar. Çiy balqabaq tumları soyulur, qəhvəüyüdəndə əzilir və balla qarışdırılır. Bu təbii dərmanı hər gün 1-2 çay qaşığı olmaqla qəbul etmək lazımdır. Bu vasitə orqanizmin infekisya, virus və mikroblara qarşı olan davamlılığını artırır.
- Balqabaq tumları həzmə kömək edir, köpü azaldır.
- Balqabaq tumları artrit, sidik kisəsi və sidik yolları xəstəlikləri zamanı xeyirlidir.
- Tumlar mübadilə proseslərinə müsbət təsir edir, orqanizmdən ziyanlı maddələri xaric edir.
- Balqabq tumları damarları möhkəmləndirir.
- Hamiləlik zamanı balqabaq tumları ürəkbulanmasını azaldır.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Böyrəklərin fəaliyyətini qorumaq üçün nələrə diqqət etməliyik?
14.11.2019
İnsanlar xərçəngə “immunitet”i itiriblər”...
13.11.2019
Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...
11.11.2019
Azərbaycanda insanlar ürək xəstəlikləri ilə bağlı ağırlaşmaları əvvəlcədən göstərən müayinələrə maraq göstərmirlər
09.11.2019
Yaş corab geyinməyin faydaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info