Hacıqabulda yenidən ipəkqurdu bəslənilməsinə başlanılıb
Tarix: 17.05.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Uzun illərdən sonra bu il Hacıqabulda yenidən ipəkqurdu bəslənilməsinə başlanılıb. Dövlətimizin başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr rayonda uğurla icra olunur. Bu məqsədlə ötən ilin payızında rayona 20 min tut tingi gətirilərək əkilib, mövcud tut bağlarına qulluq göstərilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, bu mövsüm Hacıqabulda 500 kiloqram barama istehsalı nəzərdə tutulub. Bunun üçün 200 qutu (280 qram) ipəkqurdu toxumu gətirilərək Kürqırağı kəndlərdə müqavilə bağlanılan kümçülərə paylanılıb.
Ölkədə bu sahənin inkişaf etdirilməsi rayon sakinləri tərəfindən razılıqla qarşılanıb. Ən çox sevinən isə rayonun Talış kənd sakini Ağadadaş Əlizadə olub. Ağadadaş kişi sovet dönəmində baramaçılıqla məşğul olduğunu və onun xeyrini gördüyünü söyləyir. Rayonda yenidən barama istehsalına başlanılması onun ürəyincə olub. Ötən ildən barama bəsləməyə hazırlaşan A.Əlizadə bu mövsüm 5 qutu ipəkqurdu götürüb. Kümçü bəslədiyi qurdlardan ən azı 450 kiloqramdan çox məhsul əldə edəcəyinə əmindir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi
25.11.2020
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
24.11.2020
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
24.11.2020
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır
23.11.2020
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info